Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 02 Aprel 2019

“Erməni diasporunun həmin bölgədə çox aktiv fəaliyyət apardığını dəfələrlə vurğulamışıq”

Related image

Samir Adıgözəlli: “AKP-nin həmin bölgədən namizəd irəli sürməməsi hakim partiyanın MHP ilə eyni ittifaqda seçkiyə qatılması ilə bağlıdır”

Ermənistan mətbuatı ənənəvi böhtan kampaniyasını bu dəfə Türkiyədə keçirilən bələdiyyə seçkilərinin üzərindən etməyə çalışır. Bu xüsusda onlar qeyd edirlər ki, guya Azərbaycanla həmsərhəd olan İqdır və Qars kimi şəhərlərdə seçkinin nəticəsi Bakı ilə əvvəlcədən razılaşdırılır.

Bildirilir ki, guya İlham Əliyevin istəyilə Ərdoğan həmin əyalətlərdə öz partiyasından namizəd irəli sürməyib və həmin yerlərdə millətçilərin qalib gəlməsini istəyib. Erməni mətbuatı bunun səbəbini onunla izah edir ki, Azərbaycan bu gedişlə Naxçıvanla Türkiyəyə yaxın olan əyalətlərdə demoqrafik vəziyyəti dəyişməkdə, xüsusilə də kürdlərin sıxışdırılmasında maraqlıdır. Göründüyü kimi, erməni KİV-i yenidən İlham Əliyevin ünvanına əsası olmayan ittiham səsləndirir. Ən başlıcası isə onu qardaş ölkədə keçirilən seçki prosesinə müdaxilə etməklə əlaqələndirməyə çalışır.

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırma Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Boyukmillet.com-a bildirdi ki, bu məsələdə ermənilərin məqsədləri bəllidir: “Biz həmin bölgə ilə sıx təmasda işləyirik. Mütəmadi olaraq Qars və İqdırda tədbirlər keçirmişik, müxtəlif layihələr icra etmişik. Erməni diasporunun həmin bölgədə çox aktiv fəaliyyət apardığını dəfələrlə vurğulamışıq. Ermənistan dövlət səviyyəsində məhz Türkiyənin həmin ərazilərinin onlara məxsus olduğu iddiasını irəli sürür. Hətta onların dövlər rəmzlərində belə Ağrı dağının rəsmi var. Buna görə də ermənilərin bu istiqamətdəki pozucu fəaliyyəti bizə qəribə gəlməməlidir. Ora bizim üçün də strateji əhəmiyət daşıyır. Təbii ki, ermənilərin istəyinin həyata keçməsinə yol verməməliyik. Cənab İlham Əliyev təcrübəli dövlət adamıdır. O heç vaxt başqa ölkənin daxili işinə qarışmaz. Bu onların böhtanına verilən birinci cavab. AKP-nin həmin bölgədən namizəd irəli sürməməsinə gəldikdə isə, bu, hakim partiyanın MHP ilə eyni ittifaqda seçkiyə qatılması ilə bağlıdır. Qars və İqdırda MHP güclü olduğu üçün, AKP oradan namizəd verməyib. Başqa bölgələrdə isə MHP AKP-yə yönəlik belə jestlər edib. Hər iki şəhərdə HDP-nin namizədi qalib gəlib. Bu səbəbdən də ermənilər belə yazıları verməklə kürdləri digər millətlərin üstünə qızışdırmaq niyyətini ortaya qoyurlar. Seçkilər göstərdi ki, Türkiyədəki demokratiya lazım olan səviyyədədir. Bu səbəbdən də seçkilərə əvvəlcədən müdaxilə yolverilməzdir. Bu faktların özü ermənilərin növbəti yalanını ifşa etmiş olur”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT
 
 
 
 
img

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Müdafiə naziri Ali Baş Komandana hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlət başçısına məlumat verilib ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib, sonra hərbi qulluqçularla görüşüb.

Ali Baş Komandan görüşdə çıxış edərək deyib:

-Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı...

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi. Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. ... Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq.

Keçən ilin sonunda 300-dən çox hərbçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbçi dövlət tərəfindən mənzillərlə təmin edilib. Bizim hərbi hissələrimizdə mülki işlərdə mülki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə təmin edilmişdir.

O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi.

Siz - burada xidmət göstərən hərbçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq, şücaət göstərmisiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir.

 
Nəşr olunub RƏSMİ XRONİKA

 

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib. Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 30 iyun-10 iyul tarixlərində keçiriləcək.
Nəşr olunub CƏMİYYƏT

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Facebook" səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə video paylaşıb.

Boyukmillet.com xəbər verir ki, video “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” sözləri ilə paylaşılıb. 

Həmin videonu təqdim edirik:
Nəşr olunub CƏMİYYƏT

 

Tərtər rayonunun Şıxarx (keçmiş Marquşavan) kənində aprel şəhidlərimizin hər birinin adına bir ağac əkilib. 
 
Məsələylə bağlı Boyukmillet.com-a danışan şəhid əsgərimiz Müşfiq Orucovun atası Arif Orucov bir şəhid atası kimi buna görə çox qürurlandığını bildirib:
 
“Dünən Tərtər rayonun Şıxarx kəndində aprel şəhidlərimizin hər birinin adına bir ağac əkildi. Tədbir Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Tərtər rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildi. Aypara şəklində salınan parkda ağac əkildi və hər bir şəhid ailəsi öz şəhid övladının xatirəsinə əkilən ağacın əkilməsində iştirak etdi. Doğrusu bu təşəbbüs məni çox qürurlandırdı. Oğlum Müşfiq çox şərəfli bir ömür yaşadı. Sağ olsunlar ki, şəhidlərimizin adını bu cür yad edirlər. Hamıya minnətdarlıq edirik”. 
 
 
Xatırladaq ki, şəhid ailəsi Zəngilan rayonundan məcburi köçkündür. Aprel döyüşlərində şəhid olan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinin məzunu olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
 
Nəşr olunub CƏMİYYƏT

img

Keçən il İranla böyük dövlətlər arasında nüvə razılaşmasından çıxan ABŞ prezidenti Donald Tramp, bu qərarın ildönümündə sanksiyaların əhatə dairəsini genişləndirmək istəyir.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ rəsmilərindən biri deyib. Adının açıqlanmasını istəməyən dövlət rəsmisi, ABŞ rəhbərliyinin önümüzdəki həftələrdə yeni sanksiya qərarı verəcəyini söyləyib.

 

Nəşr olunub DÜNYA
Çərşənbə Axşamı, 02 Aprel 2019 14:07

Düşmənin 7 tankını məhv edən Aprel qəhrəmanı - FOTOLAR

Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlərdə qəhrəmanlıq göstərən zabitlərimizdən biri də Mirdamət Bağıyev olub. 

Boyukmillet.com-un məlumatına görə, aprel döyüşlərində böyük qəhrəmanlıq göstərən M.Bağıyev Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülüb.



O, düşmənin 7 tankını, şəxsi heyəti daşıyan 3 dolu hərbi maşınını, 1 hərbi texnikasını, bir minik avtomobilini məhv edib. 



Mirdamət döyüşlərin ilk günündə çiynindən güllə yarası alsa da, bunu kiməsə bildirməyib, yaralı-yaralı döyüşü davam etdirib. Döyüşlər səngiyəndən bir neçə gün sonra aldığı güllə yarası onu narahat etməyə başlayıb. Komandirlərinin ciddi yaralandığını görən hərbçilər təkidlə onun hospitala göndərilməsi üçün müraciət ediblər. 

Nəşr olunub CƏMİYYƏT

Reytinq