ABŞ rəsmisindən növbədənkənar prezident seçkiləri ilə bağlı AÇIQLAMA

07 Fev 2018
139 baxış

"Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin".

Bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib.

"ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir", - deyə B. Brink qeyd edib. (apa)

Boyukmillet.com
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq