Burda göstərilən tarixə olan xəbərlər: Bazar, 15 Aprel 2018

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda keçirilmiş mitinqlə bağlı rəsmi məlumat yayıb.

Baş İdarədən Avropa.info-ya bildirilib ki, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi və NİDA hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***    ***

Bu dəqiqələrdə Bakıda Milli Şuranın mitinqi başlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq “Məhsul” stadionunda keçirilir.

Bu dəfəki mitinqdə daha az adam iştirak edir. Mitinqdə qaldırılan “Allah Sürətin evini yıxsın” pankartı diqqətləri cəlb edib.

(Avropa.info)

 

Nəşr olunub SİYASƏT

Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində cənab İlham Əliyev yenidən ölkə başçısı seçilib. Bu əlamətdar hadisə münasibəti ilə cənab Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir. Artıq dünyanın bir çox tanınmış şəxsləri, nüfuzlu dövlət adamları cənab Prezidenti qələbə münasibəti ilə təbrik edib. Bu təbriklərə qoşulanlar sırasında Prezidentin doğmaları da var. Bu xüsusda İlham Əliyevin əmisi, mərhum akademik Aqil Əliyevin oğlu İlqar Əliyevin ölkə başçısına ünvanladığı təbriki təqdim edirik:

“Cənab Prezident!

Bizim doğmamız olan İlham Əliyev!

Sizi, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik edir və ali şəxsiyyətinizə ən xoş arzularımı bildirirəm. Səsvermənin nəticələri bir daha sübut edir ki, millətimiz qarşısında göstərdiyiniz misilsiz xidmətlər insanlarımız tərəfindən dərin ehtiram və sayğı ilə qarşılanır. Məhz bunun nəticəsidir ki, milyonlarla vətəndaşımız Sizi yenidən bu postda görmək arzusunu ifadə edib, sizə səs verdi.
Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyətinizlə Siz bir daha sübut etdiniz ki, xalqımız gələcəyini sizin simanızda mərhum Prezident, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursunun davamında görür.
Müasir dünyada cərayan edən kataklizmlərə baxmayaraq, Siz müdrik idarəetməniz sayəsində ölkəmizdə sabitliyi və əminamanlığı təmin edibsiniz. Sizin rəhbərliyiniz altında əhalinin sosial rifahı günü-gündən daha da yaxşılaşır.

Möhtərəm cənab Prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir.
Bizim üçün bu qələbənin daha bir böyük mənası isə bundan ibarətdir ki, Siz bizim doğmamıssınız. Hesab edirəm ki, bu cür nailiyyətlərinizlə Siz həm də, mərhum əmim, Ümummilli Lider Heydər Əliyevin ruhunu şad etmiş olursunuz.

Mənim doğmam olan İlham Əliyev, icazə verin, bir daha Sizə can sağlığı və güclü Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayım. Qoy bu şərəfli  missiyanızda Allah hər zaman yardımçınız olsun!

Dərin hörmətlə, İlqar Əliyev ”.

(Azinforum.az)

Nəşr olunub SİYASƏT

Türkiyəli televiziya rəhbərləri "Yeni Çağ"ın redaksiyasında olublar.

Türkiyənin tanınmış jurnalistləri - “Ülke TV”nin baş redaktoru, “Yeni Şafak” qəzetinin köşə yazarı Hasan Öztürk ilə “TVNET” televiziyası və “Yeni Şafak” qəzetinin baş redaktoru İbrahim Karagül Yenicag.az redaksiyasının qonağı olublar.

Təcrübəli jurnalist və siyasi şərhçiləri TÜİB sədri Hüseyin Büyükfırat, Türkiyə Azərbaycan Evinin rəhbəri Tənzilə Rüstəmxanlı və saytımızın yaxın dostu, xeyriyyəçi Məlahət Qurbanova müşayiət edib. Redaksiyanın ümumi işi ilə tanış olan qonaqlar Yeni Çağ Media Qrupuna bundan sonrakı fəaliyyətində uğur arzu ediblər.

(İnterpress.az)

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR

Türkiyəli televiziya rəhbərləri Azərbaycanda olub - FOTOLAR
Nəşr olunub SİYASƏT

Reytinq