Çempionlar Liqası: “Qarabağ” “Roma”ya qarşı

05 Dek 2017
216 baxış

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək. 

Boyukmillet.com-un Apasport.az-a istinadn məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarına yekun vurulacaq.

Keçiriləcək 8 oyundan sonra daha 4 komanda 1/8 finala vəsiqə əldə edəcək. Bununla da qrupdan çıxacaq komandaların sayı 12-ə çatacaq.  Son turda “Mançester Yunayted”, “Bazel”, MOİK, “Roma”, “Atletiko”, “Sportinq” və “Yuventus” xoşbəxtlərin sırasına qoşula bilər.

A qrupunda MOİK-lə üz-üzə gələcək “qırmızı şeytanlar”a bərabərlik də bəs edəcək. Qrupun digər oyununda “Bazel” xal itirsə, “Mançester Yunayted” istənilən nəticə ilə qrupdan çıxacaq.

B qrupunda PSJ və “Bavariya” minimum vəzifənin öhdəsindən gəliblər. Avropa Liqasına gedəcək komanda isə “Seltik” – “Anderlext” oyununda bəlli olacaq.

“Qarabağ”ın da yer aldığı C qrupunda “Çelsi” artıq lazımi nəticəni əldə edibsə, “Roma” və “Atletiko”nun taleyinə bu oyunlarda aydınlıq gələcək.

D qrupunda isə “Barselona”nın ardınca “Yuventus” və “Sportinq” də qrupdan çıxmağa iddialıdır.

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq