“Türkiyə-ABŞ qarşıdurmasında Bakı kimin tərəfindədir” - VİDEOSORĞU

11 Okt 2017
246 baxış

Son günlər Türkiyə ilə ABŞ arasında siyasi münasibətlər gərginləşib. Türkiyədə  ABŞ konsulluğunun bir əməkdaşının həbs olunmasından sonra qarşılıqlı olaraq viza prosedurlarının təxirə salınması ikitərəfli münasibətlərdə yeni bir böhranın yaranmasına səbəb olub.

Oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub.

M.Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab olaraq, ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinən ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir türkiyəli əməkdaşı barədə də həbs qərarı verilib.

Bəs, ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsi ilə bağlı Azərbaycan vətəndaşları nə düşünür? Onlar bu konfliktdə kimin tərəfindədirlər?

Musavat.com-un müxbiri bu suallarla paytaxt sakinləri arasında sorğu keçirib. Cavablardan bəlli olub ki, istənilən konfliktdə vətəndaşlarımız Türkiyənin tərəfindədir.(Musavat.com)

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq