"REAL" müxalifətin mitinqinə niyə qatılmadı - Natiq Cəfərlidən sərt açıqlamalar... - (Fotolar, video)

09 Mar 2018
208 baxış

“REAL”-ın icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”ın canlı yayımında...

“Real” hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat” qəzetinin Facebook səhifəsi üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişinin qonağı oldu.

1 saat boyunca davam edən söhbət zamanı “Yeni Müsavat” oxucuları xüsusi aktivliyi ilə seçildi. Qonağımıza bir qayda olaraq siyasi suallar yönəldən oxucularımız xüsusən Real hərəkatının martın 10-da müxalifətin birgə mitinqinə qatılmama səbəbi, onların maliyyə mənbələri, siyasi mübarizə metodları ilə bağlı məsələlərlə maraqlandılar.

Bundan başqa, hərəkatın qurucularından olan İlqar Məmmədovun həbsdə olması, azadlığa çıxma ehtimalı ilə bağlı mövzular da müzakirə olundu.  N.Cəfərlinin müxalifətlə bağlı dedikləri sərt fikirlərin ajiotaj doğuracağını təxmin edirik.

Müsahibənin geniş versiyası ilə aşağıdakı linkdə tanış ola bilərsiniz. (Sevinc TELMANQIZI, musavat.com)

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq