Cümə axşamı , 9 May 2024

Yearly Archives: 2016

İstanbulda Azərbaycan mətbəxinin nümunələri təqdim olunub

Ölkəmizin Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən İstanbulda Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə azərbaycanlı aşpazların hazırladığı Azərbaycanın milli mətbəxinin ləziz təamları təqdim olunub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli yeməklər sırasına şah plov, dolma, balıq, fisincan və çığırtma daxil edilib. Tədbirdə, həmçinin qonaqlara milli mətbəximizə aid kitablar …

Read More »

Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişiklər edilib

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikkulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, yeni qaydaları Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup hazırlayıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.     Yeni qaydalara …

Read More »

Təhsil Nazirliyi məktəbli çantaları ilə bağlı valideynlərə müraciət edib

“Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, təqdim olunan dərsliklər, onların sayı, çəkisi uşaqlar üçün  nəzərdə tutulan normadan artıq deyil. Nazir müavininin sözlərinə görə, valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunun şərh  etmək çətindir: “Çünki bir çox hallarda bu …

Read More »

DİN: Özünü yandıran sürücünün 43 min manat cəriməsi var

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayon sakininin özünü yandırması faktı ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati binasının yaxınlığında Abşeron rayonu Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb. Qol və sinə nahiyəsindən yanıq xəsarətləri alan C.Məmmədov  xəstəxanaya yerləşdirilib. İlkin …

Read More »

Rusiyalı politoloq Qarabağ danışıqlarında fasilənin yaranmasının səbəblərini açıqlayıb

“Çox intensiv danışıqlar gedirdi. Ümidimiz var idi ki, Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə edə bilərik, ilin sonunda isə məcburi köçkünlər doğma evlərinə qayıda bilər. Lakin alınmadı”. APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.    “Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. …

Read More »

Azərbaycan və Fransa şərabçılıq sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransanın Regional kənd təsərrüfatı müşaviri Nikola Perrənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Trend-in nazirlitin saytına istinadən verdiyi məlumata görə, görüşün əsas məqsədi Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində müzakirələrin aparılmasından ibarət olub. Nazir müavini İ.Quliyev Fransa ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni hüquqi müstəvidə inkişaf …

Read More »

“Ölülər” Akademik Milli Dram Teatrın səhnəsidə

Oktyabrın 7-də və 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, Xalq Artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir. Səhnə əsərində görkəmli bəstəkar, …

Read More »

Dərbəndin Azərbaycan multikulturalizmindəki yeri

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi müxtəlif layihələri reallaşdırmaq imkanını yaradıb, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək, Azərbaycan tarixinin yaddaş tarixini qorumaq üçün şərait yaradıb. 4-6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Kultura+ internet kanalının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasını …

Read More »

Nobel Sülh mükafatı prezidentə verildi

Nobel Sülh mükafatı Kolumbiya prezidentinə verilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 2016-cı il Nobel Sülh mükafatı Xuan Manuel Santosa verilib. Prezident bu mükafatı 50 ildən çox davam edən vətəndaş müharibəsinin başa çatmasına verdiyi töhfəyə görə alıb. Xatırladaq ki, Kolumbiyada 1964-cü ildə başlayan vətəndaş müharibəsinin qurbanlarının sayı 220 min nəfər olub.

Read More »

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı. Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış etdilər. Azərbaycan …

Read More »