Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, S.Qafarova qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, səfər çərçivəsində keçirilmiş görüşlərin və aparılan müzakirələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan və Latviyanın dost ölkələr olduqlarını deyən Milli Məclisin sədri bildirib ki, yüksək səviyyəli səfərlər və …
Read More »Monthly Archives: Aprel 2022
“Azərsu”: “Qarabağda içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur”
“İşğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. “Keyfiyyət də tam standartlara uyğundur. Ona görə də əlavə bir çətinliyimizin olacağını düşünmürük”, – A.Cəbrayıllı bildirib. Onun sözlərinə görə, Laçındakı hərbi obyektlər, Qubadlı, Zəngilan və …
Read More »XİN başçısı: “Gürcüstan regionda sülhün əldə olunmasına töhfə verməyə hazırdır”
Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları dəstəkləyir və regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. “Biz sülhə böyük əhəmiyyət veririk və bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Sülh danışıqları (Azərbaycan və Ermənistan …
Read More »AMEA-nın strukturuna dəyişikliklər ediləcək
AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu sözləri AMEA-nin prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov jurnalistlərə açıqlamasında deyib. Akademik bildirib ki, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir: “Adətən, AMEA-da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya …
Read More »Sabahın hava proqnozu açıqlanıb
Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti …
Read More »Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb
Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Hazırda …
Read More »Məktəblərdə birinci sinfə qeydiyyat gələn həftə başlanılır
Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Bu barədə Təhsil Nazirliyindən bildirilib. I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. 6 may 2022-ci il tarixindən dövlət …
Read More »Zaqatalada vəzifəli şəxs barəsində cinayət işi başlanılıb
Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin mühasibi barəsində cinayət işi başlanılıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. Belə ki, istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib edilməsini …
Read More »İsrail Azərbaycanda aqrar sahənin su təminatı ilə bağlı 30 illik plan hazırlayır
İsrailin Milli Su Qurumu – “Mekorot” şirkəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə ilk işgüzar saziş imzalayıb. Boyukmillet.com-un İsrail mətbuatına istinadən verdiyi məlumatına görə, bu saziş Azərbaycanın kənd təsərrüfatı üçün su qurumuna nəzarət və məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Bildirilir ki, tərəflər arasında əldə edilmiş sazişdə nəzərdə tutulur ki, “Mekorot” gələcəkdə müqaviləni genişləndirmək imkanı ilə Azərbaycan üçün kənd təsərrüfatının …
Read More »Ərdoğan BMT Baş katibi ilə danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quttereş arasında telefon danışığı olub. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Mətbuat Midmətindən bildirilib. Qeyd olunub ki, Baş katib Rusiya Prezidenti Vladimir Putinlə görüş barədə Ərdoğanı məlumatlandırıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar