Ötən il İranda 900 ton narkotik maddə müsadirə olunub. APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Baş Polis İdarəsinin rəis müavini, general Qasim Rzayi deyib. O bildirib ki, 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək narkotik qaçaqmalçılığına qarşı mübarizədə çox sayda polis yaralanıb və ölüb. Generalın sözlərinə görə, İran narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün sərhədlərini möhkəmləndirib.
Read More »Monthly Archives: Aprel 2022
Rusiya gəmilərinə Rumıniya limanlarına daxil olmaq qadağan ediləcək
Rusiya gəmilərinə Rumıniya limanlarına daxil olmaq qadağan ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Aprelin 17-dən qüvvəyə minən qərara əsasən, Rusiya bayrağı altında üzən gəmilərə Rumıniyanın Qara dəniz və Dunay çayında yerləşən limanlarına daxil olmaq qadağan ediləcək.
Read More »Məleykə Abbaszadə: “Özüm də DİM-in “Facebook” səhifəsini izləyirəm”
“Mən özüm də bizim “Facebook” səhifəmizi izləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib. Məleykə Abbaszadə bildirib ki, DİM bütün müraciətləri diqqətdə saxlayır. “Əmin ola bilərsiniz ki, sizin nəticələriniz tam ədalətli şəkildə yoxlanılır”, – Məleykə Abbaszadə vurğulayıb.
Read More »Məleykə Abbaszadə: “Abituriyentlər imtahana gizli nəsə keçirməyi qoçaqlıq hesab edir”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının eyni gündə keçirilməməsinin səbəbini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, DİM sədri XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib ki, buraxılış imtahanları ən kütləvi imtahanlardır və bu imtahanlar bir gündə keçirilsə, ictimai təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər. “İmtahanlar pandemiya şəraitində keçirilirdi və bizə müəyyən tələblər qoyulmuşdu. Müəyyən vaxtlar var …
Read More »Ankara tədbir görür
Türkiyə vətəndaşlığını almaq istəyənlərin sayı artıbTəkcə ukraynalılar deyil, rus iş adamları da Türkiyədə daimi məskunlaşmaq istəyir Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyəri artırılır.Müraciət üçün alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə edilib. Vətəndaşlıq müraciəti üçün 400 min dollar və ya ekvivalent xarici …
Read More »Azərbaycanda pandemiya dövründə quralşdırılan karantin postları sökülür
Azərbaycanda pandemiya dövründə quralşdırılan karantin postları sökülür. Boyukmillet.com xəbər verir ki, Bakı şəhərinin giriş-çıxışında qoyulan postlar artıq sökülməyə başlanılıb. Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı: “Həmin postlar daimi olmadığı üçün sökülə bilər”. Qeyd edək ki, Azərbaycanda …
Read More »Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində məşğələlər keçirilib
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib. Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib. Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat …
Read More »Müdafiə Nazirliyi Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq …
Read More »Gürcü xoreoqraf: “Şuşada keçiriləcək tədbirlərdə iştirak etmək istərdim”
“Şuşanı çox bəyəndim. Qısa müddət ərzində şəhərdə xeyli işlər görüldüyünə görə çox şadam”. Bunu “Report”a Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerləri ilə işğaldan azad olunmuş Qarabağa səfər edən gürcü rəqsləri xoreoqrafı Melita Lomadze bildirib. “İnanıram ki, bütün bu işlər tezliklə başa çatar, biz də incəsənət xadimləri olaraq Şuşada keçiriləcək tədbirlərdə iştirak edərik” – deyə qonaq qeyd edib. Ötən gün Füzuli və Cəbrayıla …
Read More »“Tunel qətliamı”nın şahidləri Kəlbəcərə səfər edib
Aprelin 16-da “Tunel qətliamı”nda şəhid olan mülki vətəndaşların bir neçəsinin ailə üzvlərinin və şahidlərin Kəlbəcərə səfəri təşkil edilib. Boyukmillet.com xəbər verir ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Ailə üzvləri və şahidlər faciələrin baş verdiyi yerdə olub və şəhidlərin xatirəsini yad ediblər. Dövlət Komitəsinin Regional İdarəetmə və Sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov bildirib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar