“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Həmçinin qərarla İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli də təsdiq olunub. Qeyd olunub ki, İşçi qrupu Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, onun maddi texniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin sosial müdafiəsi …
Read More »Monthly Archives: Aprel 2022
Şuşaya səfər edən Türkiyənin təhsil rəsmisi: “Şagirdlərimiz Azərbaycanın tarixini öyrənirlər”
“Bir həftədir ki, Azərbaycandayıq. Şagirdlərimiz Azərbaycanın tarixini, mədəniyyətini öyrənirlər. Dünən Şuşada olduq, bir sıra yerləri ziyarət etdik. Şuşanın tarixi yerlərini, döyüşlər olmuş əraziləri gördük”. Bunu “Report”a açıqlamasında Türkiyənin Kastamonu rayonunun təhsil şöbəsinin müdir müavini Sərxan Dəmirqıran deyib. O, Kastamonunun Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdlərini müşayiət edir. Türkiyəli məktəblilər hazırda Füzuli rayonundadırlar. S.Dəmirqıran bildirib ki, şagirdlər bu səfərdən olduqca məmnundurlar: “Şagirdlərimiz …
Read More »Zahir Əmənov azadlığa buraxılıb
Jurnalist, Masallı rayonunda dərc olunan “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Z.Əmənovun barəsində polisin nəzarətinə verilmə tədbiri seçilib. Qeyd edək ki, “cenub.az” xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə …
Read More »Erməni deputat: “Paşinyanın hədəfi Rusiyanın Gümrüdəki bazasının çıxmasını təmin etməkdir”
“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini qorumaq üçün Rusiyaya qarşı işləməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan aprelin 15-də parlamentdə ənənvi brifinqdə bildirib. O, Nikol Paşinyanı Rusiya-Ermənistan müttəfiqliyinə ziyan vurmaqda ittiham edib: “Onun əsas hədəfi Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxmasını təmin etməkdir”.
Read More »“Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklik edilib
“Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilən sənədlərin siyahısı artırılıb. Belə ki, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları təqdim edərkən həqiqi hərbi xidmətdə (toplanışda) …
Read More »Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, rayondakı “Media Şəhidləri” parkında baş tutan anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, şəhidin ailə üzvləri, həmkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq parkda şəhid jurnalistlərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla …
Read More »Polşa Rusiya kömürünə embarqo qoyub
Polşa Rusiya kömürünə embarqo qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib. “Rusiya ilə iqtisadi müharibə davam edir. Polşa Rusiya kömürünə embarqo tətbiq edib. Həmçinin, Polşa Prezidentinin imzaladığı xüsusi qərarlar haqqında aktda Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən qurumların və fiziki şəxslərin aktivlərinin dondurulması imkanları nəzərdə tutulub”, – Ukrayna Prezident ofisinin rəhbəri deyib. O qeyd …
Read More »Bakıda 18 il əvvəl baş vermiş nənə və nəvənin qətlinin təfərrüatı açıqlanıb
Bakıda 18 il əvvəl baş vermiş nənə və nəvənin qətlinin təfərrüatı açıqlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, 24 aprel 2004-cü il tarixdə paytaxtın Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayan 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın birgə yaşadıqları mənzildə üzərlərində çoxsaylı xəsarətlər olan meyitlərinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq …
Read More »Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Boyukmillet.com xəbər verir ki, səfərin ilk günündə (aprelin 14-də) Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi, Batumi Dəniz Limanı, Batumi Dövlət Dəniz Akademiyası və Gürcüstanda fəaliyyətinə razılıq verilmiş bir sıra təsnifat cəmiyyətlərində görüşlər keçirilib. Danışıqlar zamanı iki ölkə …
Read More »Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar