Bazar ertəsi , 6 Aprel 2026

Monthly Archives: Aprel 2022

Elman Rüstəmova yeni vəzifə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib. Boyukmillet.com xəbər verir ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib. Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov …

Read More »

Nazir: “Ukraynadakı azərbaycanlı tələbələrin Azərbaycan universitetlərinə qeyd-şərtsiz köçürülməsi müzakirə mövzusu deyil”

Ukraynada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə aydınlıq gətirilib. Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, tələbələrin köçürülməsi qaydalarla tənzimlənir. Nazir bildirib ki, həmin qaydalara uyğun olaraq yay ayları ərzində tələbələr müraciət edə bilərlər: “Bununla bağlı hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb. Ölkə daxilindən və xaricindən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, …

Read More »

Azərbaycanın təmin edilən haqlı tələbi – revanşistlərin baş tutmayan avantürası

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi başlayıb. Aprelin 6-da Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə reallaşan görüş bu qənaətə gəlməyə imkan verir. Ancaq həm Ermənistanda, həm də ondan xaricdə iki dövlətin bir-birinə yaxınlaşmasına və sülh əldə etməsinə mane olanlar var. Deməli, 2018-ci ilin aprelində Ermənistandakı hakimiyyət dəyişikiyindən sonra keçmiş iqtidarın …

Read More »

Təhsil naziri koronavirusla bağlı məktəblərdəki mövcud vəziyyəti açıqlayıb

Təhsil Nazirliyi koronavirusla əlaqəli məktəblərdəki mövcud vəziyyəti açıqlayıb. Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələri əyani tədrisdədir. Onun sözlərinə görə, müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur: “Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı ola bilər. …

Read More »

XİN başçısı: “Azərbaycanın təklif etdiyi beş prinsipin Ermənistanın qəbul etməsi mühüm addımdır”

“Azərbaycanın təklif etdiyi beş əsas prinsipin Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: “Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip …

Read More »

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaranmasının 30 illik yubileyinə həsr olunan “Şəkərli diabet xəstəliyi, müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib. Elmi-praktik konfransın proqramına əsasən “Şəkərli diabet xəstəliyinin epidemiologiyası, etiologiyası, klinika və diaqnostikası” mövzusunda …

Read More »

Ukraynada müharibədə azı 20 jurnalist həlak olub

“Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən bəri Ukraynada azı 20 jurnalist öldürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Milli Jurnalistlər İttifaqı açıqlayıb. İttifaq məlum olan bütün adları dərc edib və qeyd edib ki, bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölüm xəbəri təsdiqlənən jurnalistlərdir. Daha bir neçə jurnalist neçə gündür ki, əlaqə yoxdur, onların taleyi ilə bağlı hələlik dəqiq məlumat mövcud deyil.

Read More »

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək. Yarış Azərbaycanın ilk onlayn qanuni mərc saytı “eTopaz”ın baş sponsorluğu, “Kəhriz su”nun tərəfdaşlığı, “Report” Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək. Məqsəd İAM-ın və “eTopaz”ın 10 illik yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, …

Read More »

Ceyhun Bayramov: “Ermənistanın XİN başçısı ilə müzakirələr konstruktiv keçdi”

“Ümumilikdə Ermənistan xarici işlər naziri ilə müzakirələr konstruktiv keçdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, zaman və gələcək addımlar tələb edir.  “Azərbaycan öz xoş niyyətini nümayiş etdirib”, – XİN başçısı vurğulayıb. Qeyd edək ki, aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat …

Read More »

ADA Universitetində BMT modeli üzrə konfransın açılışı olub

“Bu il əməkdaşlığımız baxımından xüsusi bir ildir. Otuz il əvvəl Azərbaycan BMT-yə üzv qəbul olundu və Bakıda təşkilatın nümayəndəliyi açıldı”. Boyukmillet.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib. Onun sözlərinə görə, üç gün davam edəcək konfransın işində müxtəlif universitetləri təmsil edən 85-dək tələbə iştirak edir.

Read More »