Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2022

Bazar gününün hava proqnozu açıqlanıb

Azərbaycanda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.Qeyd olunub ki, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət …

Read More »

Türkiyədə sərnişin avtobusu TIR-a çırpılıb, ölənlər və yaralılar var

Türkiyənin Batman vilayətində ağır yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, sərnişin avtobusu Diyarbəkir istiqamətində hərəkətdə olarkən qumla dolu TIR-a çırpılıb. Qeyd olunub ki, yol qəzasında avtobus sürücüsü həyatını itirib, 21 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və təhlükəsizlik qüvvələri cəlb edilib. Xəstəxanaya aparılan sərnişinlərdən biri həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Qəza ilə bağlı araşdırmaya başlanılıb.

Read More »

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı və Sumqayıt Baş Gömrük İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən, Azərbaycanın aksiz markası ilə markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan külli miqdarda siqaret aşkar edilərək götürülüb. Boyukmillet.com DGK-ya istinadən xəbər verir ki, Bakı şəhərində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən 35 400 ədəd, Sumqayıt şəhəri ərazisində Azərbaycan …

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Laçında minaya düşən şəxslərdən biri ölüb, digərinin vəziyyəti qənaətbəxşdir

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib, digərinin isə vəziyyəti qənaətbəxşdir. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub. Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə …

Read More »

Hulusi Akar: “Biz həm təyyarələr, həm də tanklar istehsal edəcəyik”

“Biz yüngül silahlar, helikopterlər, haubitsalar, pilotsuz uçuş aparatları və gəmilər istehsal edirik. Onları dost və qardaş ölkələrə ixrac edirik”.“ Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.Nazir əlavə edib ki, Türkiyə silah istehsalını inkişaf etdirmək niyyətindədir: “Biz bu səviyyəni daha da irəli aparmalıyıq. Nə qaldı, təyyarə və tank qaldı. Biz həm təyyarələr, həm də tanklar istehsal …

Read More »

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən iki il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının ikinci ildönümüdür.” Boyukmillet.com xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.Müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Read More »

Qərbi Azərbaycan İcması Aparatının iclası keçirilmişdir

Oktyabrın 19-da Qərbi Azərbaycan İcması Aparatının İcmanın rəhbəri, millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə növbəti iclası keçirilmişdir. İclasda İcmanın Aparat rəhbəri Abduləli Həsənov, Qərbi Azərbaycanın rayonları üzrə kənd və rayon icmaları ilə iş şöbəsinin müdiri Qalib Qasımov, İcmanın Azərbaycan Respublikasının kənd və rayonları üzrə nümayəndəliklərlə iş şöbəsinin müdiri Miraslan Bəkirli, şöbələrin koordinatorları iştirak etmişlər. İclasda şöbələr qarşısında duran vəzifələr müzakirə …

Read More »

Milli Məclisdə deputatlarla AQC rəhbərliyi görüşüb – FOTOLAR

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş baş tutub. Azərbaycan Parlamentində baş tutan görüşdə komitənin sədri Tahir Mirkişili və deputatlar Əli Məsimli Mahir Abbaszadə, Aydın Hüseynov, Anar Məmmədov, Milli Məclisin İqtisadi qanunvericilik şöbə müdiri Məhəmməd Bazıqov, AQC-nin sədri Vüqar Oruc, sədr müavinləri, Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov, sədrin müşaviri …

Read More »

Ermənilər Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi …

Read More »