Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

Sentyabrın 9-da Baş prokuror Kamran Əliyev “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı tvinninq layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası …

Read More »

Rasim Məmmədovun məhkəməsində ittiham aktı elan edilib

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova- Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan olunub. İttihamda bildirilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib. Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. …

Read More »

Əhməd İsmayılov: “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub”

“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub”. Boyukmillet.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Həştərxanda keçirilən “Xəzər Mediası. Gəncliyin ölçüsü” adlı Xəzər Media Forumu zamanı bildirib. “Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. …

Read More »

Baş katib: “Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik”

“Hazırlıq prosesi üçün 91 idmançı topladıq. Həm Bakıdan, həm də Mingəçevirdən olan avarçəkənləri toplanışa çağırdıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev Neftçalada təşkil olunmuş təlim-məşq toplanışı barədə jurnalistlərə açıqlamasında deyib. Federasiya rəsmisi bildirib ki, bu rayonda əvvəllər də toplanışlar və yarışlar keçirilib: “Bu ənənəni gələcəkdə qaytarmaq istəyirik. Bunun üçün Neftçalada həm …

Read More »

Özbəkistana yeni xarici işlər naziri təyin olunub

Özbəkistanın Ali Məclisi (Oli Majlis) Vladimir Norovun xarici işlər naziri postuna namizədliyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Xatırladaq ki, V.Norov bu ilin aprelindən XİN başçısının səlahiyyətlərini icra edir. Ondan əvvəl nazirliyə Abduləziz Kamilov rəhbərlik edib. V.Norov 2006-2010-cu illərdə də Özbəkistan xarici işlər naziri vəzifəsində çalışıb. Qeyd edək ki, V.Norov 1955-ci ildə anadan …

Read More »

Laçın sakininin 30 il əvvəl evini tərk edərkən divarda saxladığı foto hələ də yerindədir

Laçın şəhər sakininin 30 il əvvəl evini tərk edərkən divarda saxladığı foto hələ də yerindədir. Boyukmillet.com xəbər verir ki, foto İsmayılova Məlahət Museyib qızına məxsusdur. Güman olunur ki, ev və əşyalar çox köhnə olduğu üçün ermənilər orada yaşamayıb. Foto da bu səbəbdən divarda qalıb. Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürüb.

Read More »

Türkiyə Prezidenti: “Terror təşkilatlarının təhlükəsizliyimizə təhdid yaratmasına icazə verə bilmərik”

“Məlumdur ki, Suriyada terror təşkilatları mövcuddur. Bu təşkilatların bizim təhlükəsizliyimizə təhdid yaratmasına icazə verə bilmərik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib. Türkiyə lideri bu istiqamətdə lazım olan hər şeyin həyata keçirildiyini və bundan sonra da bunun davam edəcəyini bildirib: “Terror təşkilatları “Biz gecə qəfil gələ bilərik” sözlərimizlə nə dediyimizi anlayırlar. …

Read More »

Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

“Səmərqənddə cənab Putinlə geniş və ətraflı müzakirələrimiz olacaq. Xüsusilə taxıl dəhlizi ilə bağlı fikir mübadiləsi aparacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib. “Cənab Putinin “taxıl kasıb yox, varlı ölkələrə gedir” fikrini doğru hesab edirəm. Bu, belə olmamalıdır. Çünki prioritet kasıb ölkələrin çətin durumda qalmamasıdır. Amma indi vəziyyət elə deyil. Səmərqənddə …

Read More »

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib. O, universitetin kollektivinə təqdim edilib. Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü …

Read More »