Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

PA-nın sektor müdiri: “Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var”

“Hazırda 200-ə yaxın təşkilat var ki, onların qeydiyyata alınmaqla bağlı müraciətləri var”. Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçılarının bəziləri QHT yaradaraq, onun statusundan istifadə etmək istəyirlər. “Vətən müharibəsindən sonra QHT yaratmaq …

Read More »

Elmira Axundova fəaliyyətilə SİNİFDƏ QALDI: “Səfir qapısını bağlayıb camaatı küçədə gözlətməli deyil” – İSBAM sədri ilə VİDEOMÜSAHİBƏ

“Hava limanının bağlanması xəbəri gələndə dedim ki, artıq müharibə başladı”. Bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda baş verən proseslər haqqında danışan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Yenicag.az-a müsahibəsində səsləndirib. Müharibə başlayan zaman Ukraynada olan İSBAM sədri soydaşlarımızın üzləşdikləri çətinliklərdən, Azərbayanın diplomatik korpuslarının fəaliyyətindən və bir sıra məsələlərdən danışıb. Videomüsahibəni təqdim edirik:

Read More »

Ankarada fəaliyyət göstərən liseydə Azərbaycan otağının açılışı olub

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında həyata keçirdiyi layihə əsasında növbəti Azərbaycan otağı Ankara şəhərində fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qurulub. Boyukmillet.com xəbər verir ki, 28 May – Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə liseydə Azərbaycan otağının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət …

Read More »

QƏRB DÜNYANI ANQLOSAKSONİZMİN KÖLƏSİNƏ ÇEVİRMƏK NİYYƏTİ GÜDÜR!

Bu prosesdə Azərbaycanın rolu və İlham Əliyevin mükəmməl xarici siyasəti ABŞ başda olmaqla Qərb dünyasının mənfur siyasəti və onların siyasi marioneti rolunu üstlənən hazırkı Ukrayna hakim dairələrinin səbatsızlığı üzündən III Dünya Savaşı qapını döyür. Çin və Türkiyə kimi söz sahibi, siyasi situasiyaya təsir etmə imkanı olan önəmli aktyorların sayəsində hələlik böyük savaşdan uzaq dura bilirik. Lakin bu, nə qədər davam …

Read More »

İranın neft naziri Azərbaycana səfər edəcək

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, iranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək. Forumda “Energetika keçid dövründə – Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni …

Read More »

Əfqan Hacıyev təqaüdə göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev təqaüdə göndərilib. Boyukmillet.com xəbər verir ki, mayın 23-də Ə.Hacıyevin icraatında olan sonuncu cinayət işi ilə bağlı hökm oxunub. Bununla da 65 yaşlı hakimin icraatında olan işlər yekunlaşdırılıb və o, təqaüdə göndərilib. Qeyd edək ki, Ə.Hacıyev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır. O, 2018-ci ildə həmin məhkəmənin sədr müavini …

Read More »

İTV-yə baş direktor seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Boyukmillet.com xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub. Seçkilər “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq keçirilib. Səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib. Belə ki, …

Read More »

Vilyam Hacıyevin mənzili və xidməti otağından 6,3 milyon manat götürülüb – İTTİHAM AKTI

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin mənzili və xidməti otağından götürülmüş pulların məbləği məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmlər ittiham aktında yer alıb. İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs V.Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 23.06.2021-ci il tarixinə olan Mərkəzi Bankın məzənnəsinə əsasən, 6 298 834 manat …

Read More »

Müdafiə Nazirliyi məlumat yayıb

Törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı bildiririk: N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə …

Read More »

Nazir: “Ərzaq təhlükəsizliyini daha yaxşı təmin etmək üçün addımlar atılır”

“Azərbaycanda ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması istiqamətində davamlı addımlar atılır. Aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirilir, kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri yüksəlir”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan …

Read More »