Yanvarın 16-da Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə Zəngilan ərazisində zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, yerli vaxtla saat 07:25-də qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.
Read More »Yearly Archives: 2022
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi mühüm hadisədir”
“Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi ölkəmizin həyatında mühüm hadisədir. Prezident İlham Əliyevin mərasimdə dediyi kimi bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Bu stansiyanın tikintisi ilə bağlı təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında …
Read More »Yaponiyada sunami xəbərdarlığı verilib
Yaponiyada sunami xəbərdarlığı verilib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, sunaminin hündürlüyü 3 metrə çata bilər. Bildirilib ki, hündürlüyü 1 metrə çatan dalğalar Yaponiyanın bütün Sakit okean sahillərini su altında qoyacaq. Bundan əlavə, hündürlüyü 0,2 metrə çatan sunami Tokio körfəzini vura bilər.
Read More »Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub
Adı çəkilən ünvanda 2 girişli həyətdəki binanın 2-ci mərtəbəsində Bakı Qızlar Universiteti, alt qatda isə müxtəlif profilli qeyri-yaşayış sahələri yerləşir. Ağarəhim Rəhimov isə həyətə girişi bağlayaraq mülkiyyətçilərin hüquqlarını pozub. Mülkiyyətçilərdən birinin qanuni təmsilçisi Ravil Novruzov məsələ ilə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib. Həmin müraciətin bir surəti …
Read More »Ermənistan Qarabağda cəsəd axtarışlarını davam etdirəcək
44 müharibə zamanı itkin düşmüş hesab edilən erməni hərbi qulluqçuların meyitlərinin (qalıqlarının) axtarışları daha nəticə vermir.Boyukmillet.com xəbər verir ki, erməni tərəfinin dünən Füzuli rayonu ərazisində apardığı axtarış işləri zamanı heç bir cəsəd qalığı tapılmayıb. Buna baxmayaraq, Ermənistan tərəfi Cəbrayıl, Füzuli, Hadrut istiqmətlərində axtarışları davam etdirmək niyyətində olduğunu bildirib.10 noyabr 2020-ci il atəşkəsin bəri ümumilikdə 1705 cəsəd təxliyə olunaraq təsdiqlənib.
Read More »Türkiyə-Azərbaycan Rəqəmsal Transformasiya Forumu təsis edilib
Rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili barədə qərar qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu qərar Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun və Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir …
Read More »Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul elan olunub
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edib. Boyukmillet.com xəbər verir ki, qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunub: Hərbi nəzəri elmlər;Hərbi xüsusi elmlər;Hərbi təbabət;Milli təhlükəsizlik. Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən …
Read More »Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankaranın əsas simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində “Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” ifadələri yazılmış lövhə əks olunub. Artıq neçə ildir iki ölkənin qardaşlığına aid əlamətdar günlərdə həmrəylik …
Read More »Vilayət Eyvazov Daxili Qoşunlarda müşavirə keçirib, tapşırıqlar verib
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, dövlət …
Read More »İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Türkiyənin İstanbul şəhərində qitələri birləşdirən Boğaz körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümü münasibətilə işıqlandırılan tarixi Fateh Sultan Mehmet körpüsü əhalinin və İstanbulda yaşayan azərbaycanlıların marağını cəlb edib. Qeyd edək ki, dünən Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar