Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2022

Dövlət başçısı ölkədə koronavirusla bağlı ümumi vəziyyəti açıqlayıb

“Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham …

Read More »

“İran İsraildən daha çox müsəlman öldürüb” – Rəfsəncaninin qızından ŞOK AÇIQLAMA

“Bizim xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, “pis” adlandırdığımız bütün rejimlərin səhvlərindən daha çoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu “Al-Monitor”a müsahibəsində İranın mərhum prezidenti Əli Əkbər Hamişi Rəfsəncaninin qızı Faizə Rəfsəncani deyib. O, İranın İsraildən daha çox müsəlman öldürdüyünü söyləyib: “Bizim xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, “pis” adlandırdığımız bütün rejimin səhvlərindən daha çoxdur. …

Read More »

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, bir gündə 31 455 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ …

Read More »

Həkim: “Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”

“Vegetarian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir”. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib. Onun sözlərinə görə, lakin belə şəxslərin sayı çox deyil: “Anemiyanın bir çox səbəbləri var. Bütün bunları müayinə nəticəsində araşdırmaq mümkündür. Anemiyaların bir çox simptomları var və bəziləri də oxşardır”. Z.Quliyev bildirib ki, saç tökülməsi də simptomlar arasındadır: “Yeriyərkən baş gicəllənməsi, …

Read More »

Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq. Boyukmillet.com-un xəbərinə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək. O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib: “Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi”.

Read More »

Media islahatları: yeni hədəflərə doğru

2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda …

Read More »

Tofiq Zülfüqarov: “Ermənilər Kəlbəcərdə Azərbaycanın hərbi imkanlarını sınamaq istəyirdilər, yaxşı dərs verdik”

Ermənistan yanvarın 11-12-də Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində növbəti təxribatlar törədib. Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid olub. Ordumuz adekvat cavab tədbirləri görüb və düşmən ciddi itki verib. Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimə keçib. Keçmiş xarici işlər naziri, politoloq …

Read More »

Şəhid Ayaz Nəzərov dəfn edilib

Şəhid olan Ayaz Azər oğlu Nəzərov dəfn olunub. “Report”un Qərb bürosunun məlumatına görə, şəhid doğulub, boya-başa çatdığı rayonun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb. Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib.  Allah rəhmət etsin!12:56 Şəhid Ayaz Nəzərovla vida mərasimi keçirilir. “Report”un Qərb bürosunun məlumatına görə, vida mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının, …

Read More »

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Read More »

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub. Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.

Read More »