AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Həmçinin Cahangir Əsgərovun banklardan birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd olunub. Boyukmillet.com xəbər verir ki, Cahangir Əsgərov Manset.az-a açıqlamasında deyilənləri təkzib edib. C.Əsgərov qeyd edib ki, hazırda öz bağında istirahət edir: “Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu …
Read More »Monthly Archives: Avqust 2025
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək
Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz …
Read More »Ermənistan silahlı qüvvələrinin əsirliyində olmuş azərbaycanlı: Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər
Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Boyukmillet.com xəbər verir ki, İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi …
Read More »AZAL-ın vitse-prezidenti: İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib
İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib. Bunu “Report”un Qərb bürosuna açıqlamasında avqustun 8-də Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib. O, H.Əliyeva ilə yanaşı, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib: “Bu gün özü olmadan doğum gününü qeyd etdiyimiz Milli Qəhrəman Hökumə …
Read More »Marko Rubio: Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq
Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır: “Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə …
Read More »Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri saxlanılıb
Ermənistanda hüquq-mühafizə orqanları Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Vardan Arutyunyanı saxlayıblar. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb. O, qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur. Hazırda Antikorrupsiya Məhkəməsi Arutyunyanın həbsi ilə bağlı vəsatətə baxır. O, 2016-2018-ci illərdə vergi qurumuna rəhbərlik edib, bundan əvvəl “Qazprom Ermənistan”ın baş direktoru olub.
Read More »Füzulidə keçmiş həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Füzulidə xəstəxananın həyətində keçmiş həyat yoldaşı Dilbər Namazovanı qətlə yetirməkdə təqsirləndirilən Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə bəraət verilib. Elsevər Bağırov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli …
Read More »Tramp: Avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq
Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin …
Read More »Sabahdan isti hava dalğası zəifləyəcək
Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, həftəsonu gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu avqustun 9-10-11-də …
Read More »Soçidə alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb
Siriusda (Soçi, Rusiya) bazarda satılan alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. “İstintaq Komitəsinin müstəntiqi bildirib ki, ilkin məlumata görə, alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb”, – məlumatda bildirilib. Təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar