Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq

Azərbaycanın 4 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün çıxış edəcək. Boyukmillet.com-un məlumatına görə, 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə qoşulacaq. Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçiləri 4 medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin …

Read More »

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb

Türkiyədə güc strukturlarının keçirdikləri əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” hesabında bildirib. Nazirin açıqlamasına əsasən, İŞİD terror qruplaşmasının üzvü olan, təşkilatla əlaqəli saxta yardım qurumlarını maliyyə vəsaiti ilə təmin edən və sosial media hesabları üzərindən onun təbliğatını aparan …

Read More »

Səudiyyə Ərəbistanı və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıblar

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalayıblar. Boyukmillet.com-un SPA dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şərifin krallığa səfərinin yekunlarına dair bəyanatda deyilir. “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iki ölkənin regionda və dünyada təhlükəsizliyi gücləndirmək, sülh …

Read More »

Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb

Azərbaycanla Bosniya və Herseqovina Ukraynaya beynəlxalq yük daşımaları üçün əlavə icazələr təqdim edib. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın icmalar və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaça feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.  Onun sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrə və üçüncü ölkələrdən yük daşımaları üçün 100 əlavə icazə verib ki, bu da baza kvotasının təxminən 20 % artımı deməkdir. Bosniya və …

Read More »

Azərbaycanda malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.  Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalara baxış keçirilən zaman gömrük orqanlarına bəyan edilməyən 20 ədəd müxtəlif markalı xəz dəri məmulatları, 400 ədəd breket dəsti, 143 ədəd stomatoloji sahədə istifadə olunan dəst və 46 …

Read More »

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. Boyukmillet.com xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb. Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi …

Read More »

Dekan: Qarabağ Universiteti Klinikasının açılışı üç mərhələdə həyata keçiriləcək

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və Sağlamlıq Elmləri fakültəsi fəaliyyətə başlayacaq.   Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində Qarabağ Universiteti Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev deyib. O bildirib ki, fakültənin binasında 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları …

Read More »

Həyətyanı sahəsində 100 kq narkotik yetişdirən Qusar sakini saxlanılıb

Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.  Bildirilib ki, tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb.  Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana …

Read More »

İlham Əliyev “Qarabağ”ı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika” üzərində 3:2 hesablı qələbəsi münasibətilə “Qarabağ”ı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi “X” hesabında paylaşım edilib. “Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. “Qarabağ”ın …

Read More »

Milli Məclis “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsini müzakirə edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə edilir.  Boyukmillet.com xəbər verir ki, yeni qanun Azərbaycan ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri …

Read More »