Ermənistan özünün saxta tarixini təbliğ etmək məqsədilə müxtəlif addımlar atır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Baku TV”nin layihəsi olan “Qarabağ xronikası” proqramının efirində bildirilib. Qarabağın işğalı dövründə Xankəndinin ən hündür nöqtəsi – Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində tikilən nəhəng kompleks də məhz ermənilərin yalançı tarixlərinin “real faktlarla” əsaslandırılması cəhdləri ilə bağlıdır. Bu, ermənilərin Xankəndinin guya tarixi erməni torpaqları olduğunu göstərmək …
Read More »Yearly Archives: 2025
Azərbaycan Qiymətləndiriciləri VIII konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaratdı
Boyukmillet.com xəbər verir ki Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin(İH) növbəti toplantısı keçirilib. Toplantıda AQC nümayəndə heyətinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Türk Dövlətləri qiyməndiricilərinin IV Konqresində iştirakı, eləcə də AQC sədri Vüqar Orucun Türkiyədə qardaş ölkənin dövlət bankları – Vagıf Bank , Halk Bank, qiymətləndirmə sektoru və media nümayəndələri ilə görüşləri yüksək qiymətləndirilib, AQC-nin beynəlxalq əlaqələrinin yüksək templə inkişafı …
Read More »Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib
Bakı Hərbi Məhkəməsində aprelin 10-da davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib. Boyukmillet.com xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib. Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş …
Read More »Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix açıqlanıb
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. BU barədə Boyukmillet.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. “Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu …
Read More »Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »QHT işi ilə bağlı iki nəfərin həbs olunduğu bildirilir
Daha bir neçə şəxsin isə ifadəyə çağırıldığı deyilir Qeyri-hökumət təşkilatlarına qarşı davam edən cinayət işi ilə əlaqədar daha iki nəfərin məsuliyyətə cəlb olunduğu bildirilir. Məlumata görə, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində həbs-qətimkan tədbiri seçilib. Yaxınlarının bildirdiyinə görə, aprelin 9-da Binəqədi rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barədə 3 aylıq həbs qərarı …
Read More »Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək
Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda “Xəzər küləyi-2025” təlimləri keçirəcək. Boyukmillet.com Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov danışıqlar zamanı qarşıdakı təlimlərin detallarını müzakirə edib …
Read More »Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb
Türkiyənin Ankara əyalətinin Beypazarı rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, uçqun aprelin 10-da səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal maşınlarının olduğu bölmədə baş verib. Məlumata görə, mədəndə ümumilikdə 29 nəfər olub. Yaralılardan 11-i Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib, 2-si Ankara şəhərinə göndərilib.
Read More »Azərbaycanın innovativ idarəetmə modeli BMT-də nümunə kimi təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 24-cü sessiyasında çıxış edib. “Report”un ABŞ bürosu xəbər verir ki, sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dayanıqlı, inklüziv, elmi və sübuta əsaslanan həll yollarının irəlilədilməsində idarəetmə və institusional yanaşmalar” mövzusuna həsr olunub. …
Read More »Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub
Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar