Əməkdar rəssam Rəis Rəsulov (Rais Rəsulzadə) sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, Rais Rəsulzadə lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb. Hazırda onun vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub. Qeyd edək ki, R.Rəsulov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.
Read More »İranda həbs edilən Fəridlə bağlı yeni – Açıqlama
Oğlum Fəridin vəziyyəti yaxşıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb: “Səhhətindəndə heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib”. D.Əsgərova …
Read More »“Azərbaycan və Türkiyə olaraq terrorun kökünü birgə qazıyacağıq”-EKSPERT
Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ili üçün açılışına saatlar qalmış Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında terror aktı törədilib. Türkiyə dövləti uzun illərdir bu terror aktlarından əziyyət çəkir. Buna baxmayaraq, irəliləyən zaman ərzində Türkiyə törədilən bu qanlı faciələrə qarşı uğurlu addımlar atır. Eynilə Azərbaycanda qeyri-qanuni qruplaşmalar terror aktını törədirlər. Xatırladaq ki, sentyabrın 19-u …
Read More »İSBAM-a sədr müavini təyin edildi
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinə (İSBAM) sədr müavini təyin edilib. İSBAM-ın mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumatda bildirir ki, həmin vəzifəyə Həsənov Şahin Elşad oğlu təyin edilib.
Read More »DTX Türkiyə və Pakistana başsağlığı verdi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyə və Pakistana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX-nin feysbuk səhifəsində paylaşım edilib. “Oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə edilən terror hücumunu qətiyyətlə pisləyir, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarına şəfa diləyir, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından qardaş Türkiyəyə öz dəstəyimizi ifadə edirik. Eyni zamanda Pakistanın Mastunq və Hanqu …
Read More »DİN: “Qarabağda vəziyyətin dekriminallaşması ilə bağlı ciddi işlər aparılır”
“Qarabağ iqtisadi rayonunun bütün bölgələrində, küçələrdə, kəndlərdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birgə bu işin təşkili və aparılması diqqət mərkəzindədir: “Yalnız narkotik vasitələr yox, sürpiz mina hallarına qarşı da ciddi şəkildə işlər həyata …
Read More »Xankəndidə radio-televiziya yayımı təmin olunur
Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılmış radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə Azərbaycanın yeddi radio və doqquz televiziya …
Read More »Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün …
Read More »Deputat: “Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır”
“Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, sosial layihə illərdir icra edilməsinə baxmayaraq, bu günədək yardımın effektiv olmadığı görünür: “Hesab edirəm ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar: “Azərbaycanda bu məsələyə 15 ilə yaxındır 300 milyon …
Read More »İcma: “Fransız deputatların açıqlamaları bu ölkənin Azərbaycanofobiya mərəzinə tutulduğunu nümayiş etdirir”
Qərbi Azərbaycan İcması hesab edir ki, fransız deputatların Fransa-Azərbaycan dostluq qrupunu tərk etmək barədə açıqlamaları bir daha Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, qondarma qurumun özünü buraxması qərarından mütəəssir olan deputatların bəyanatları həm də onların beynəlxalq hüquqa həqarətli münasibətini və riyakarlığını göstərir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar