Çərşənbə axşamı , 7 Aprel 2026

autor

“Ay Ruslan müəllim, necə olur ki, 3000 manat alan kimi qaz yanır?!” – ETİRAZ

“Bura Sulutəpə qəsəbəsindəki yeni yaşayış massivində vətəndaş Röyal Dünyamalıyevin evidir”. DİA.AZ bildirir ki, bunu öz səhifəsində ictimai fəal, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli paylaşaraq bir sıradan vətəndaşın üzləşdiyi problemə diqqətləri yönəltməyə çalışıb. İSBAM sədri eyni zamanda bu problemi yaradan “Azəriqaz” rəhbərliyinə də ittihamlarını yönəldib.İSBAM sədri çağırışına belə davam edir: “Küçədə 119 evin hər birinə …

Read More »

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı… – Aydın QULİYEV yazır…

Qarabağ məsələsi təzə başlayanda bizim camaatın arasında ermənilərin öz içərilərində təkrar etdikləri bir fikir çox hallandırılırdı. 1988-89-cu illər idi: “Böyük Türk oğlu gəlib azərbaycanlıların qisasını alacaq”… Heydər Əliyevi nəzərdə tuturdular. O zamanlar Heydər Əliyev Moskvada bir çoxlarının nəzərində siyasət ömrünü bitirmiş təqaüdçü həyatı yaşayırdı… Ağıllı adamlar isə belə deyirdilər: “Bir siyasət adamının nəfəsi boğazından çıxmayıbsa, ona “öldü” deməyin”… Sonrasını bilirsiz… …

Read More »

Qənirə Paşayevanın ölümü müəmmalıdır – Həkimdən şok

“Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı”. Boyukmillet.com xəbər verir ki, bu sensasion açıqlama ilə tanınmış həkim, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov çıxış edib. Onun fikrini belə izah edib: “Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. …

Read More »

Qənirə Paşayeva vəfat edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında deputatın ailə üzvləri deyib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını …

Read More »

Xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Azərbaycan  Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Gürcüstan, Avstriya və Macarıstanda silsilə tədbirlər keçirilib. Tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, 24 saat …

Read More »

30 il əvvəl Füzulidə itkin düşən hərbçi Salyanda dəfn edilib

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Şuşa ətrafında tapılan hərbçi Əbülfət Atamoğlanovun meyitinin qalıqları dəfn edilib. Boyukmillet.com xəbər verir ki, şəhid Salyanın Kürsəngi kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Daha öncə şəhidlə evində vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəhbərliyi, büro üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak …

Read More »

Türkiyə Silahlı Qüvvələri bu il 991 terrorçunu məhv edib

“Suriyada sabitliyin ən yaxın gələcəkdə təmin olunması üçün fəaliyyətimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) bildirilib. Qeyd olunub ki, suriyalıların təhlükəsiz şəkildə geri qayıtmaları üçün lazımi addımlar atılır. Həmçinin, vurğulanıb ki, əməliyyat ərazilərindəki təhlükəsizliyin təmin olunmasından ötrü də lazımi tədbirlər görülür: “Bu ilin əvvəlindən etibarən terrorçular mövqelərimizə 342 dəfə hücum etmiş və ya təxribata …

Read More »

Türkiyə MN: “Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”

“Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Xatırladılıb ki, sentyabrın 25-də Azərbaycan və Türkiyə liderləri modernizasiya olunan Naxçıvan hərbi kompleksinin açılışında iştirak ediblər: “Artıq Azərbaycan hərbi ehtiyaclarını özü təmin edəcək”.

Read More »

Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Yaxın vaxtlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, artıq bununla bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara start verib. Layihə çərçivəsində 12 ədəd çoxmənzilli yaşayış binası tikiləcək.

Read More »