Səbail Rayon Məhkəməsində Qarabağdakı keçmiş separatçı-terrorçu qurumun “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb. Boyukmillet.com xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb. Ermənistan vətəndaşı olan 1968-ci il …
Read More »Ceyhun Bayramov: “Azərbaycan BMT orqanlarının Qarabağa səfərini təşkil etməyə hazırdır”
“Azərbaycan BMT orqanlarının Qarabağa səfərini təşkil etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 28-də ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimlə görüş zamanı bildirib. Nazir görüşdə Azərbaycana qarşı səslənən iddiaların əsassız olduğu, bunun sübut edilməsi üçün BMT-nin ölkəmizdəki rezident əlaqələləndiricisinin rəhbərliyi altında BMT …
Read More »Milli Məclisin komitə sədri: “Onkoloji xəstəliklər və ürək transplantasiyası icbari sığortaya salınmalıdır”
“Orqan və toxuma transplantasiyası üzrə hazırda dünyada ilk yerdə İspaniyadır və Azərbaycan bu ölkə ilə müqayisə edilməyəcək səviyyədədir. Lakin bu sahədə ilk addımların atılması vacib məsələdir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov yenilənmiş Xidmətlər Zərfinin təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, orqan və toxuma transplantasiyası ilə bağlı işləmə mexanizmi dünya standartlarına uyğun şəkildə …
Read More »General oğlu niyə yalnız poz verib, şəkil çəkdirmək lazım olanda üzə çıxır?…
Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə soxuşdurubsa, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq. Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz …
Read More »Ərdoğan Azərbaycana başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bunu dövlət başçısı X-də yazıb. “Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır”, – Ərdoğan bildirib.
Read More »Təcili: Vardanyan saxlanıldı, Bakıya gətirildi – Rəsmi
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə o, Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq …
Read More »Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım
Qarabağın azadlığı uğrunda Vətən müharibəsində şəhid olan azərbaycanlı qardaşlarımızı 27 sentyabr – Anım Günündə rəhmətlə yad edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi X hesabında paylaşım edib. “Fürsətdən istifadə edərək bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”, – paylaşımda qeyd edilib.
Read More »Yerablurda yeni qəbirlər qazılır
Bu gün, sentyabrın 27-də, yəni 44 günlük müharibənin başlamasının 3-cü ilində Ermənistanın Yerablur hərbi panteonunda yenidən yeni qəbirlər qazılır. Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, dünən Ermənistanın Səhiyyə Nazirliyi Qarabağdan 125 cəsədin gətirildiyini açıqlamışdı. Bunların içində antiterror əməliyyatı zamanı məhv edilən Ermənistan ordusunun Qarabağda qalmış birləşmələrinin əsgərlərinin meyiti də var.
Read More »Zəngəzur dəhlizini güc yolu ilə açmaq… – Hacıyev
Azərbaycan əmin edir ki, Ermənistanın cənubunda quru dəhlizi yaratmaq üçün bu ölkənin ərazisini işğal etmək niyyətində deyil. Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Röyters”ə açıqlamasında deyib. Onun sözlərinə görə, Bakı yalnız Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi istəyir və bu, hər iki ölkəyə, həm də bütün regiona xeyir …
Read More »Zəngəzur dəhlizi türk dünyasını geosiyasi gücə çevirəcək
Prezident İlham Əliyevin dəvəti ilə Rəcəb Tayyib Ərdoğanın Naxçıvana işgüzar səfərə gəlməsi zaman və məkan baxımından çox önəmli və mesaj dolu bir Zirvə oldu. Bu sözləri Axar.az-a Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri haqqında danışan Azərbaycan Dövlət İqtisad Universitetinin dekanı, professor Mehmet Yüce deyib. Professor dövlət başçılarının keçirdiyi görüşlər zamanı vurğulanan və diqqət çəkən məqamları aşağıdakı kimi sıralayıb: “Birincisi, görüşlər zamanı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar