Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Cənubi cnın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətləri ilə “ağıllı kənd təsərrüfatı” sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Boyukmillet.com xəbər verir ki, imzalanma Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, KOTRA, İNPRO, WHYBIZ, ENEY şirkətlərinin nümayəndələri ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı çərçivəsində baş tutub.Tədbirdə Koreya şirkətləri tərəfindən …
Read More »İndi kim ağıllı çıxdı: Paşinyan, yoxsa Musabəyov? – ATMACA
Prezident İlham Əliyevin dünən xalqa etdiyi müraciətdən sitat:“Ermənistan bu dövr ərzində – dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək”. Doğrudan da Paşinyan çox ağıllı davrandı, …
Read More »SON XƏBƏR: Separatçılar silahlarını təhvil verir
Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı silahlı erməni birləşmələri silah və sursatlarını təhvil verir. Bu barədə Rusiya sülhməramlı kontingentinin Teleqram bildirilib. Qeyd edilib ki, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.
Read More »Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib
Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla ölkəmizə gətirilib. Boyukmillet.com xəbər verir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, mülkiyyətin qorunması, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür. Ədliyyə Nazirliyi tərəfindən ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi …
Read More »Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq”
Bu gün “Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. Boyukmillet.com xəbər verir ki, “Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq” adlı veriliş Qərbi Azərbaycanın Loru mahalının, Kalinino (indiki Taşir) rayonunun Qızılşəfəq kənd sakini Nazirə Dəmirçiyevanın həyat hekayəsinə həsr olunub. O, doğulub böyüdüyü kənddə uşaqlıq, orta məktəb və yeniyetmə çağlarının çox …
Read More »BMT-də Sergey Lavrovla Ceyhun Bayramov arasında görüş başlayıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün telegram kanalında bildirib. Diplomat qeyd edib ki, danışıqlar rəsmi Bakının Qarabağda Rusiya sülhməramlılarının ölümünə görə üzrxahlıq etməsi ilə başlayıb.
Read More »Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov alayın komandir heyətinin iştirakı ilə müşavirə keçirib. Boyukmillet.com xəbər verir ki, müşavirədə Mühafizə alayında nizam-intizamın və döyüş hazırlığının gücləndirilməsi, maddi texniki, qida, tibbi təminatın, əsgər yataqxanaları və məişət şəraitinin yaxşılaşdırılması, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri ətrafında müzakirələr aparılıb. Alayın şəxsi heyətinin və həqiqi hərbi xidmət …
Read More »Netanyahu: “İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır”
“İsrail və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa getdikcə daha çox yaxınlaşır və bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş olar”. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı İsrailin Baş naziri Binyamin Netanyahu deyib. O, çıxışında İsrailin xarici siyasətindəki prioritetləri dəyişdirmək və əvvəlcə fələstinlilərlə razılaşmağa çalışmaq əvəzinə, digər ərəb ölkələrinə münasibətlərin normallaşdırılması …
Read More »Azərbaycanda pambıqçılıqda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilir
Azərbaycan pambıq toxumçuluğunda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilib. Kənd Təsərrüfatı Nazirliyindən “Report”a bildirilib ki, bu barədə pambıqçılığa həsr olunmuş tarla seminarında qeyd edilib. Nazirliyin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və müəllim heyəti, Dövlət Aqrar və İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, pambıq tədarükü və emalı ilə məşğul …
Read More »“LDPR” partiyasının lideri: “Qarabağdakı erməni əhalinin reinteqrasiyası Azərbaycanın gündəmindədir”
“Yaxın gələcəkdə hərtərəfli sülh sazişinin imzalanmasına dair vəziyyət “ölü nöqtə”dən tərpənə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski deyib. O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri onun daxili işidir. Onun sözlərinə görə, sentyabrın 20-də yeni tarixi mərhələ başlayıb və Azərbaycan nəhayət suverenliyini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar