Çərşənbə axşamı , 7 Aprel 2026

autor

MEDİA jurnalistlərə çağırış edib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlərə çağırış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. MEDİA Agentliyi media subyektləri və jurnalistləri dəqiqləşdirilməmiş informasiya yaymamağa, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırır.

Read More »

Amerikalı ekspert: “Ermənistan çox təhlükəli oyun oynayır”

“Ermənistan 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəliklərdən geri çəkilmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqindən uzaqlaşıb Qərbə üz tutmaqla çox təhlükəli oyun oynayır. Prosesdə maraqlı olan tərəflər Ermənistanın baş naziri Nikol Paşinyanı rus ruleti oynadığına inandırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Korıbko deyib. Onun sözlərinə görə, …

Read More »

Ordumuzun antiteror tədbirləri ilə bağlı son məlumat

Qarabağdakı antiterror əməliyyatları barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Boyukmillet.com xəbər verir ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın …

Read More »

Ordumuz bu əraziləri hədəfə almır – MN

Azərbaycan Ordusu Qarabağda keçirdiyi antiterror tədbirlərində mülki əhali və infrastruktur obyektləri hədəfə almır. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – nazirlikdən qeyd olunub.

Read More »

Ordumuz antiterror əməliyyatına başladı – Təcili

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə …

Read More »

Xocavənddə yaralanan polislərlə bağlı yeni açıqlama

Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində yaralanan polislərimiz xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Axar.az-a DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib. “Yaralanan polis əməkdaşları müvafiq xəstəxanaya yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir. Həyati təhlükələri yoxdur”, – E.Hacıyev qeyd edib.

Read More »

Səfir: “Bu minalar yaxın zamanda yerləşdirilib, bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”

“Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin “X” hesabındakı paylaşımında yer alıb. Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər …

Read More »

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan Ombudsmanı ermənilərin Xocavənddə törətdiyi terror aktları ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib. Boyukmillet.com xəbər verir ki, S.Əliyeva bildirib ki, Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir. Qeyd olunub ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz …

Read More »

Qərbi Azərbaycan İcması ermənilərin Xocavənddə törətdiyi terror aktlarını kəskin şəkildə pisləyib

Qərbi Azərbaycan İcması qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın yaydığı açıqlamada bildirilib. Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş terror aktlarını kəskin şəkildə pisləyib və həlak …

Read More »