Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Xocavənddə minaya düşən nəqliyyat vasitəsinin GÖRÜNTÜLƏRİ

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minaya düşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Howo” markalı yük maşınının görüntüləri yayılıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 19-u Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə …

Read More »

XİN: “Ermənistan və onun yaratdığı qondarma rejimin məqsədi bölgədə gərginliyi artırmaqdır”

“Ermənistan və onun yaratdığı qondarma rejimin məqsədi bölgədə gərginliyi artırmaqdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə yaydığı məlumatda qeyd olunub. “Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ …

Read More »

Masallıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Masallıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Boyukmillet.com xəbər verib ki, sentyabrın 18-i saat 17 radələrində 1999-cu il təvəllüdlü Elməddin Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2000-ci il təvəllüdlü Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı …

Read More »

Azərbaycan XİN ermənilərin Xocavənddə törətdiyi terror aktını pisləyib

“Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə yaydığı açıqlamada bildirlib. Qeyd olunub ki, senyabrın 19-da 1 ədəd nəqliyyat vasitəsi …

Read More »

Vətən müharibəsindən sonra 314 nəfər mina qurbanı olub, onlardan 61-i həlak olub

Vətən müharibəsindən sonra 314 nəfər mina qurbanı olub, onlardan 61-i həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak …

Read More »

Azərbaycan Futzal Federasiyasının rəsmisi: “Bu məsələ bizdən asılı deyil, klub da istəməlidir”

“Bu məsələ yalnız federasiyadan asılı deyil. Klub da bunu istəməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov Birinci Liqada çempion olan “Şamaxı” komandasının Yüksək Liqada mübarizə aparmaması ilə bağlı danışarkən deyib. Federasiya rəsmisi idman prinsipinə əməl etmək istədiklərini bildirib: “Əslində, bununla bağlı yarışın əsasnaməsində bənd var. Amma Birinci Liqanın qalibini məcbur edə bilmərik. Əvvəlki …

Read More »

Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir

Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi heyətin …

Read More »

Gədəbəydə restoranda nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fiziki şəxs Məmmədov Elnur Dilqəm oğluna məxsus, Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında yoxlama keçirib. Boyukmillet.com xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulduğu, mənşəyi …

Read More »

Levon Aronyanın təxribatçı açıqlaması kəskin şəkildə pislənildi

Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyir. Boyukmillet.com xəbər verir ki, “Artsax”, “Stepanakert” kimi qondarma toponimlərdən istifadə edən Levon Aronyan şahmat oynamağı öyrənsə də, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öyrənməyib. Qeyd olunub ki, Levon Aronyan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlıları Ermənistan ərazisində və vaxtilə işğal altında olmuş ərazilərdə …

Read More »

Naxçıvanlılar Türkiyədən KÜTLƏVİ DEPORTASİYA OLUNUR – BU NƏDİ BELƏ?

İşsizlik səbəbindən vətəni tərk edən naxçıvanlılar, son ümid yeri bildikləri Türkiyədən kütləvi şəkildə geri qaytarılırlar. Hesablamalara görə, son bir neçə gündə min nəfərdən artıq şəxs bu ölkədən Naxçıvana deportasiya olunub. Deportasiyaya səbəb, onların 90 günlük viza müddətinin başa çatması göstərilir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a Türkiyədən deportasiya olunan şəxslər məlumat verib. Polis gücünə geri qaytarılanlar deyir ki, qonşu …

Read More »