Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Corc Dikin müsahibə verməsi qadağan edilməlidir – Amuli

İsrailin Azərbaycandakı səfiri Corc Dikin çıxışları qadağan edilməlidir. Boyukmillet.com xəbər verir ki, bu tələblə Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli çıxış edib. “İsrailin Azərbaycandakı səfiri hər dəfə danışanda İsrail üçün böyük fəlakət yaradır. Əgər İsrail Xarici İşlər Nazirliyi öz maraqlarına həssasdırsa, onun müsahibə verməsini qadağan etməlidir”, – o bildirib. Ərəb ölkələri ilə İsrailin münasibətlərinin normallaşdırılması …

Read More »

Şirazda silahlı qarşıdurma: iki qardaş öldürüldü

İranın Fars əyalətinin Şiraz şəhərində silahlı qarşıdurma baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. İki saat davam edən qarşıdurma nəticəsində iki nəfər öldürülüb. Bildirilib ki, axtarışda olan iki qardaşın həbsi üçün keçirilən əməliyyat zamanı qardaşlar silahlı müqavimət gəstərib. Atışma zamanı qardaşların hər ikisi öldürülüb. Kimlikləri açıqlanmayan qardaşların silahlı soyğun və girov götürməkdə ittiham olunduğu bildirilib. …

Read More »

Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər… – SİYAHI

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ötən gecə vəzifəsindən azad edilib. Onun vəzifədən getməsi personası ətrafında gedən müzakirələri daha da alovlandırıb.Azərbaycandakı biznesini Avropaya transfer edən, qitənin müxtəlif ölkələrində saysız-hesabsız sərvətə malik olan məmurlarımız sırasında sabiq AZAL rəhbərinin də adı yer alır. O, sərhədsiz “biznes imperiyası” ilə ölkənin ən varlı adamlarının siyahısında ilk yerlərdən birini tutur.Boyukmillet.com C.Əsgərov və ailəsinə …

Read More »

QHT sədri Aygün Əliyevanın bahalı mənzilinin yerini göstərdi: “Hardandı bu pullar?”-Video

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adgözəlli QHT sektorundakı neqativlərin – əslində isə, hər biri bir cinayət əməli əhəmiyyətində olan faktların ifşasını davam etdirir. Boyukmillet.com QHT sədrinin açıqlamasını təqdim edir:“Yəqin ki, aidiyyatı qurumlar mənim araşdırmalarımı bir daha təhlil edəcək. QHT Agentliyinin korrupsiya yuvasına çevrilməsinin bariz nümunəsi burada alınan və milyonlarla qiyməti olan mülklərdir.  İntriqa, riyakarlıq və torba tikməklə varlanmağın …

Read More »

Komitə sədri: “Ölkədəki restoran, kafe, mağazalarda ana dilimizə sayğı göstərilməlidir”

“Azərbaycanda fəaliyyət göstərən restoran, kafe və mağazalarda ana dilimizə sayğı göstərilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. Komitə sədrinin sözlərinə görə, dilimizə hörmət etməli, ona qarşı həssaslığımızı artırmalıyıq: “Əgər lazımi sayğı göstərilmirsə, buna reaksiya göstərməliyik. Dilimizə hörmət edilməməsi özümüzə, dövlətə, xalqa hörmət edilməməsi deməkdir. Buna görə də həssaslığımızı artırmalıyıq. Qanunvericiliyimizdə dil məsələsi …

Read More »

İƏT nümayəndə heyəti Azərbaycana gəlib, Ağdam, Füzuli və Gəncədə faktaraşdırıcı missiya keçirəcək

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirmək məqsədilə Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali …

Read More »

Qənirə Paşayeva: “Prezident təqaüdü ilə bağlı müraciətlərə baxmağa hazırıq”

“Əgər yazıçı və şairlər tərəfindən Milli Məclisə, yaxud parlamentin Mədəniyyət Komitəsinə Prezident təqaüdü ilə bağlı hər hansısa bir müraciət olarsa, o zaman bu məsələyə baxıla bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər zaman bu cür təkliflərin müzakirəsinə baxmağa hazırdırlar: “Təbii ki, bu, yalnız müəlliflərin müraciət etdiyi təqdirdə baş …

Read More »

Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulub

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More »

Avqustun 31-də keçirilən sertifikatlaşdırılma imtahanının nəticələri açıqlanıb

Avqustun 31-də sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, nəticələr müəllimlərin şəxsi kabinetinə göndərilib. Həmin gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan …

Read More »

Azərbaycan MN: “Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib”

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Read More »