Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan XİN Dağıstandakı partlayışla əlaqədar başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib. “Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və …

Read More »

Polşa Ukraynadakı münaqişə fonunda orduda islahatlara başlayır

“Polşa təcili qaydada orduda islahatlara başlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib. O, Ukraynadakı münaqişə fonunda ordunun müdafiə qabiliyyətinin gücləndirilməsini zəruriliyini söyləyib. Prezidentin sözlərinə görə, bu prosesin tərkib hissəsi kimi ordunun komandanlıq və nəzarət sistemi dəyişilməlidir. A.Duda bildirib ki, dəyişikliklər ölkənin silahlı qüvvələrinin komandanlıq sisteminin standartlaşdırılması zərurətinə görə həyata keçirilir. İslahatlar Birləşmiş Qüvvələr Komandanlığının yaradılmasını və …

Read More »

“Rakuv”un baş məşqçisi: “Azərbaycanda da hava isti idi, Limassoldakı isti bizə təsir etməyəcək”

“Azərbaycanda da isti idi, lakin bu, bizə təsir etməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Polşanın “Rakuv” komandasının baş məşqçisi David Şvarqa Kiprdə “Aris”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. Gənc mütəxəssis Limassolda havanın çox isti olduğunu bildirib: “Bu, bizi qorxutmur. Çünki oyunçuların fiziki durumu yaxşıdır. Rəqibin keyfiyyətli heyətə malik olduğunu bilirik. “Aris”də …

Read More »

Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir. Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Read More »

SON DƏQİQƏ: Ermənilər Kəlbəcərdə təxribat törətdi: Ordumuz cavab verdi

Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri …

Read More »

Azərbaycan Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: “Məsuliyyət Ermənistanın üzərinə düşəcək”

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların …

Read More »

Güneydə ciddi kadr çatışmazlığı yarandı

Şərqi Azərbaycan əyalətinin sənaye də daxil olmaqla bir sıra sahələrində kadr çatışmazlığı yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə açıqlama verib. O, hazırda sənaye və istehsalat sahəsində azı 3 min kadrın çatışmadığını söyləyib. “Əyalətin mütəxəssisləri yaxşı gəlir əldə etmək üçün İraq və Pakistana mühacirət edirlər”.

Read More »

İki azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada gedən müharibədə əslən azərbaycanlı olan Orxan Mahir oğlu Əzizli və Ramiz Abuzər oğlu Qədirli həlak olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan hər iki şəxsin Xerson istiqamətində gedən döyüşlər zamanı həlak olduqları bildirilir. Həmyerlilərimizin cənazəsinin yaxın günlərdə doğulduqları kəndə gətirilməsi gözlənilir. Allah rəhmət eləsin!

Read More »

Təbrizli qadınlar etiraz aksiyasına başladılar

Bir qrup təbrizli qadın Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşımlar edilib. “Bəndləri sındırın, Urmu gölünü doldurun”, “Urmu gölü susuzdur” və başqa bu kimi şüarlar səsləndirən etirazçılar hakimiyyətdən gölün bərpası layihələrini yerinə yetirməyi tələb ediblər.

Read More »