Nigerin hərbi yolla devrilən Prezidenti Məhəmməd Bazum ABŞ və beynəlxalq ictimaiyyətdən kömək istəyib. Boyukmillet.com xəbər verir ki, məlumatı “France24” TV yayıb. O, ünvanladığı müraciətində hazırda girovda olduğunu və köməyə ehtiyacının yarandığını söyləyib. “The Washington Post” qəzetində dərc olunan məqalədə M.Bazum ABŞ və beynəlxalq ictimaiyyəti Nigerin konstitusiyasının bərpasına yardım etməyə çağırıb. Demokratik yolla ölkə rəhbəri seçildiyini deyən M.Bazum xatırladıb ki, bu, …
Read More »Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən şəxslərin məhkəməsi başlayır
Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət üzrə məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının bu gün baş tutacağı gözlənilir. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Qeyd edək ki, ötən ili noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks …
Read More »Sergey Şoyqu Ukraynanın işğal olunmuş ərazilərinə gedib
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynanın işğal olunmuş ərazilərinə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, nazir Ukraynada xüsusi hərbi əməliyyat zonasında olub. S.Şoyqu generalların məruzələrini dinləyib, onlara tapşırıqlar verib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu il iyun ayından əks-hücum əməliyyatları həyata keçirir.
Read More »Azərbaycan və Türkiyə Mədənçilik İşçi Qrupu yaradacaq
Azərbaycan və Türkiyə arasında imzalanmış, qarşı tərəfin bu gün təsdiq etdiyi “Mədənçilik sahəsində əməkdaşlıq haqqında” sazişin tətbiq edilməsi məqsədi ilə tərəflər Mədənçilik İşçi Qrupu yaradacaq. Boyukmillet.com xəbər verir ki, İşçi Qrupu hər iki tərəfdən təyin ediləcək bir nümayəndədən və onların köməkçilərindən ibarət olacaq. Bu şəxslər iclaslarda müşavir və mütəxəssislərlə birlikdə iştirak edə biləcəklər. Tərəflər nümayəndə və köməkçinin təyin edilməsi barədə diplomatik kanallarla bir-birinə …
Read More »Azərbaycan və İtaliya şirkəti kosmik əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan İtaliya şirkəti ilə kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhənglərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvo ilə görüşdə baş tutub. https://twitter.com/RashadNNabiyev/status/1687332148250869760?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1687332148250869760%7Ctwgr%5Ed12d608a66e189cf63fdefb65e3f4d5f99c461dc%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fikt%2Fazerbaycan-ve-italiya-sirketi-kosmik-emekdasliq-imkanlarini-muzakire-edib%2F
Read More »Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Resmi Gazeta” yayıb. Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir. Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb. Saziş …
Read More »Ukrayna səfiri Azərbaycana reabilitasiya üçün gətirilən uşaqlarla bağlı paylaşım edib
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycana gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat feysbukda yazıb: “Artıq ikinci ildir ki, biz azərbaycanlı dostlarımızla birlikdə Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası və istirahəti layihəsinin icrasını davam etdiririk. Bu dəfə qonaqpərvər Azərbaycana Ukraynanın suverenliyini və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edən və ya təəssüf ki, …
Read More »KİV: Rusiya 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə Ukraynanı vurur
Rusiya Ukraynanı 1999-cu ildə Kiyevin qaz borcuna görə verdiyi raketlərlə bombalayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun “Sxemlər” proqramında bildirilib. Bildirilib ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2 noyabr 1999-cu il tarixli razılaşma əsasında X-55 qanadlı raketlərini istehlak etdiyi Rusiya qazına görə borcunu ödəmək müqabilində Rusiya Federasiyasına verib. Jurnalistlər Rusiyanın artıq Ukrayna şəhərlərinə atdığı mərmi siyahısından azı onlarla …
Read More »Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Read More »Səbaildə 66 yaşlı kişini qonşusu bıçaqlayıb
Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib. Boyukmillet.com xəbər verir ki, dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Hacıyev Şirxan Ədil oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar