Çərşənbə , 8 Aprel 2026

autor

Teymur Musayev: “Son illərdə Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma müşahidə olunur”

Son illərdə Azərbaycanda vərəmlə xəstələnmə dinamikasında azalma müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, 2005-ci ildə vərəmlə xəstələnmə göstəricisi 100 min nəfər üçün 43,7 idisə, hazırda bu rəqəm 25,3-dək azalıb.

Read More »

İlham Əliyev: “Azərbaycanın səhiyyə infrastrukturunun tamamilə yenilənməsi Ulu Öndərin adı ilə bağlıdır”

“Xaricdə yaşayan azərbaycanlı həkimlərin birinci simpoziumunun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirləri çərçivəsində təşkili ona dərin rəmzi məna qazandırır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın səhiyyə infrastrukturunun tamamilə yenilənməsi və müasir əsaslar üzərində qurulması məhz Ulu Öndərin adı ilə …

Read More »

Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkilində xüsusi fərqlənən bir qrup tibb işçisi təltif edilib

Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılan xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif olunub. Boyukmillet.com xəbər verir …

Read More »

Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub

İyunun 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Rüstəm Minnixanova Zəngilan şəhərindəki Konqres Mərkəzinin tikintisi ilə bağlı məlumat verilib. Bildirilib ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə …

Read More »

Tatarıstan rəhbərinə Şərqi Zəngəzur iqtisadi rayonunda görülən işlər barədə məlumat verilib

İyunun 17-də Azərbaycan Respublikasına səfərə gələn Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanova Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülən işlər barədə məlumat verilib. Boyukmillet.com xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında görülmüş işlər barədə təqdimatla çıxış edib. Tatarıstanın Rəisinə əvvəlcə Zəngilan Beynəlxalq Hava …

Read More »

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, Milli Məclisin deputatları – Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay …

Read More »

Azərbaycanda ehtiyatda hərbçilərin təlim toplanışı başa çatıb

2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb. Müdafiə Nazirliyindən bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını yerinə yetiriblər. Təlim toplanışı zamanı, həmçinin hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilib, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və …

Read More »

Rusiya ordusu Xersonu atəşə tutub, 2 nəfər ölüb, 25 nəfər yaralanıb

Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini artilleriya atəşinə tutub. Boyukmillet.com xəbər verir ki, bunu vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Xersonda yaşayış məntəqələrini, eləcə də təhsil, inzibati və ticarət müəssisələrinin binalarını hədəf olub. Nəticədə 2 nəfər mülki şəxs həlak olub, 25 sakin yaralanıb.

Read More »

Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Read More »

AZAL Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq – yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq. Bu barədə  AZAL-dan bildirilib. Bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və şəffaf edəcək. Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq …

Read More »