Lənkəranda avtomobildə 5 kiloqramdan artıq narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Amil Maliyev və Bakı şəhər sakinləri Nəriman Əzimov və Elçin Ağayev sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan …
Read More »MN: “Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub”
İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür”, – məlumatda qeyd olunub.
Read More »Bakıda Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşü keçirilib
Bakıda Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü keçirilib. Boyukmillet.com bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə istinadən xəbər verir. Məlumata görə, Komissiyanın Azərbaycan tərəfdən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak …
Read More »Ermənilər Azərbaycan Ordusunun Gədəbəy və Şuşa istiqamətindəki mövqelərini atəşə tutub
İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun …
Read More »Metyu Miller: “ABŞ şərti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır”
“ABŞ şərti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib. “Biz bu vəziyyətdən narahat olmağa davam edirik. Və biz hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq”, – Miller deyib. O, Amerika tərəfinin mövqeyini bir daha təkrarlayaraq bəyan edib ki, sülh sazişi hələ də əldə …
Read More »Paşinyan Ermənistanın gerbini tənqid edib
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib. “Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir – Qeyd) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı …
Read More »Ermənistanın mina təxribatı BMT-də gündəmə gətirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev BMT-nin Nyu-Yorkdakı qərargah binasında qurumun Əlillərin Hüquqları üzrə Komitəsinin (CRPD) Əlillərin Hüquqları Konvensiyasına İştirakçı Dövlətlərin 16-cı konfransında (COSP16) çıxış edib. Boyukmillet.com xəbər verir ki, S.Qocayev çıxışında əlilliyi olan şəxslərin cəmiyyət həyatının bütün sahələrində iştirakının təmin etməsi üçün Azərbaycan hökumətinin bu sahədə qəbul etdiyi qanunlar və reallaşdırdığı layihələr barədə …
Read More »Baş Prokuror: “Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”
“Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib. Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan …
Read More »Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir
Hazırda Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb. Ermənilər artilleriya qurğularından və zərbə PUA-larından istifadə edirlər. Azərbaycan hərbçiləri adekvat cavab tədbirləri görürlər.
Read More »Abşeron Mərkəzi Xəstəxanası “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirib-Fotolar
Abşeron rayonunda “Heydər Əliyev ili” çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Heydər Əliyev və səhiyyə” mövzusunda tədbir keçirilib. Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Mərkəzdə baş tutan tədbirdə : şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Tədbirdə xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin səhiyyənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən irimiqyaslı işlər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar