Çərşənbə , 8 Aprel 2026

autor

Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib

İndiyənədək Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Maliyyə Ofisinin vitse-prezidenti Necip Fazıl Kaymak Bakıda keçirilən “Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisində “Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı paneldə deyib. Onun sözlərinə görə, bu ilin may ayının göstəricilərinə görə Türkiyədə fintex ekosisteminin əsas funksiyalarından olan ödəmələr sahəsində 258 şirkət, bankçılıq …

Read More »

Zakir Nuriyev: “Fintex” şirkətlərinin şəffaflığının artırılması zəruridir”

Dünyada inflyasiya proseslərinin davam etməsi kreditləşməyə tələbin artmasına səbəb olub. Bu da “fintex” şirkətlərinin, kreditləşmənin və digər ödənişlərin şəffaflığının artırılmasını zəruri edir. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisində bildirib. O qeyd edib ki, 2023-cü ildə daxili prosesin optimallaşdırılması və xərclərin azaldılması qarşıda duran mühüm …

Read More »

Azərbaycan neftinin qiyməti 75 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,24 % azalaraq 75,10 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 72,33 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda …

Read More »

Gənclər və idman naziri Şuşada basketbol oynayıb

Şuşa 3×3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir. Boyukmillet.com xəbər verir ki, bu gün yarışdan öncə maraqlı qarşılaşma təşkil olunub. Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib. Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin kollektivi qalib gəlib. Gənclər və idman naziri Fərid Qayıbov da qarşılaşmada iştirak …

Read More »

Jurnalistika ixtisası üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb 

Ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanına qeydiyyat başlayıb. Boyukmillet.com xəbər verir ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən …

Read More »

MN: “Azad edilmiş ərazilərdə hərbçilərimiz ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Boyukmillet.com xəbər verir ki, çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır. “Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma …

Read More »

Alimlər nəfəs alan, tərləyən və titrəyən ilk robot yaradıblar

Amerikanın “Thermetrics” şirkəti Arizona Dövlət Universitetinin (ADU) tədqiqatçıları üçün nəfəs alan, tərləyən və titrəyə bilən dünyada ilk robot yaradıb. Boyukmillet.com xəbər verir ki, istiliyə həssas ANDI robotu insan təri əmələ gətirən məsamələri olan 35 fərdi idarə olunan səthə malikdir. ASU tədqiqatçıları yüksək temperaturun insan orqanizminə necə təsir etdiyini başa düşmək üçün bu yay istiliyə həssas ərazilərdə bu texnologiya möcüzəsini sınaqdan …

Read More »

ICAN: ABŞ Avrasiyanın beş ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirib

“ABŞ Avrasiyanın beş ölkəsində 150-yə yaxın nüvə başlığı yerləşdirib”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə bildirib. “Rəsmi təsdiq və ya təkzib olmasa da, biz bilirik ki, nüvə silahı Avropa və Asiyanın beş ölkəsində – Almaniya, Belçika, Niderland, İtaliya və Türkiyədə yerləşdirilib”-deyə, …

Read More »

Ukrayna pilotları bu yay “F-16”ları idarə etmək üçün təlimlərə başlaya bilərlər

Ukraynalı pilotlar bu yay ABŞ istehsalı olan F-16 qırıcılarını idarə etmək üçün təlimlərə başlaya bilərlər. Bu, Ukraynanı Rusiya ilə müharibədə güclü və uzunmüddətli potensialla təmin etmək yolunda ilk addım olacaq”. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib. Onun sözlərinə görə, məqsəd təlim proqramının altı ay ərzində tam bitirməkdir: “Uçuş simulyatorlarının olduğu Danimarka proqram üçün …

Read More »

BMT-nin azərbaycanlı rəsmisinin Əfqanıstandakı fəaliyyət müddəti bitib

BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov fəaliyyət müddəti yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, bu barədə R. Ələkbərov özü açıqlama verib. Diplomat üç illik fəaliyyət müddətindən sonra Əfqanıstandan qarışıq duyğularla vidalaşdığını deyib. R. Ələkbərov 40 milyon əfqan xalqına gender bərabərliyinin təminatı, sosial və iqtisadi imkanların artırılması, ölkədə sabitlik və firavanlığın bərpasını arzulayıb. BMT-nin azərbaycanlı rəsmisinin növbəti …

Read More »