“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib. Boyukmillet.com S&P-yə istinadən xəbər verir ki, “sabit” proqnoz neft hasilatının proqnozlaşdırılan ortamüddətli azalmasına baxmayaraq, gələn il əlverişli karbohidrogen qiymətlərinin Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlı gözləntiləri əks etdirir. “Azərbaycan gözlədiyimizdən daha uzun müddət ərzində daha …
Read More »“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün dördüncü mərhələ keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir. Boyukmillet.com-un məlumatına görə, bu gün turnirin dördüncü mərhələsi keçiriləcək. Yarışa bu dəfə Gəncədən start veriləcək. Velosipedçilər Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edəcəklər. Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı …
Read More »Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var
Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Boyukmillet.com bu barədə Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının feysbuk səhifəsinə istinadən xəbər verir. Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahed-131/136” PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib. …
Read More »Ermənistan bu qurğuları gələcək müharibə üçün tikir – Hərbi ekspert
Ermənistan silahlı qüvvələri Xocalı istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib. Bəs fortifikasiya qurğuları nədir? Onların ölkəmiz üçün təhlükəsiz nədən ibarətdir? “Sözügedən qurğuların əsas məqsədi silah-sursatdan düzgün istifadə edilməsi, şəxsi heyətin və mülki əhalinin mühafizəsi və eyni zamanda silah-sursatı mühafizə etməkdən ibarətdir”. Boyukmillet.com xəbər verir ki, bunu mövzu ilə bağlı açıqlamasında AzNews.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ekspertin sözlərinə görə, bu …
Read More »Samir Adıgözəlli: “Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, ölkənin mərkəzlərində öz işini görsün”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı etiraz bəyanatı yayıb. Metallurgiya zavodunun inşası Ermənistan əhalisi tərəfindən də ciddi etirazlarla qarşılanıb. Bildirilir ki, zavod fəaliyyətə başladıqdan sonra ətraf mühitə böyük zərər vuracaq. Lakin …
Read More »Laçın yolunda yeni hüquqi keçid rejimi Ermənistan liderlərinin yuxusunu qaçırır…
Ermənistanın sülh prosesini pozmaq üçün mütəmadi istifadə etdiyi üsullardan biri Laçın yolundakı vəziyyəti maksimum dramatikləşdirərək dünya birliyini çaşdırmaqdır.Bununla paralel olaraq Ermənistan rəhbərliyi sülh prosesini pozmaq üçün Qarabağ ermənilərini Azərbaycanla reinteqrasiyadan çəkindirmək və qanunsuz silahlı erməni birliklərini ( 10 min nəfərdən çox) sülhməramlıların məsuliyyət zonasında saxlamaqdan da fəal istifadə edir.Maraqlananlar bilir ki, qanunsuz silahlı ermənilər Qarabağda qaldıqca və reinteqrasiya gecikdikcə sülh …
Read More »Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini sülh sazişi üzrə cari vəziyyətlə bağlı məlumatlandırıb
İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb, qonağı sülh sazişi üzrə cari vəziyyətlə bağlı məlumatlandırıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. …
Read More »Sabahdan iyunun 12-dək fasilələrlə yağış yağacaq, dolu düşəcək
İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Read More »“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb. Layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək. Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə …
Read More »Ədliyyə Nazirliyinin Məxfi şöbəsinin rəisi barəsində cinayət işi başlanılıb
Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Hafiz Əliyev barəsində cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar