Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır. DİN-in mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb. İdarənin təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Read More »Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı davam edir
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı …
Read More »Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasındakı elektrik lövhəsində baş vermiş …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.
Read More »Bakıda 27 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında …
Read More »“Digital tourist” eTwinning layihəsi
Avropa üzrə 1 milyona yaxın müəllimi və iki yüz mindən çox məktəbi vahid virtual məkanda birləşdirən “eTwinning” pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq və birgə icra etmək vasitəsilə Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Boyukmillet.com xatırladır ki, Azərbaycan da 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak etməyə başlamışdır. Bu proqram Avropa İttifaqının …
Read More »Ukrayna HHQ ötən gecə zərərsizləşdirilən İran istehsalı olan dronların sayını açıqlayıb
Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Rusiyaya məxsus 4 ədəd “Şahid” PUA-larının vurulduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə HHQ teleqramda məlumat yayıb. Bildirilib ki, mayın 20-də axşam saatlarında “Vostok” hava komandanlığının məsuliyyət zonasında şərq istiqamətində düşmənin dörd hücum PUA-sı “Şahid-136/131” məhv edilib. Dronlar saat 21:00-00:00 arasında zərərsizləşdirildiyi vurğulanıb. Qeyd edək ki, “Şahid” kamikadze dronları İran istehsalıdır. Bu silahdan Rusiyanın Ukraynaya …
Read More »İran-Pakistan sərhədində toqquşma olub, ölən və yaralananlar var
İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı altı iranlı sərhədçi ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir:
Read More »Bu gün 28 mindən çox nəfər qəbul imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni imtahanı) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Boyukmillet.com xəbər verir ki, saat 11:00-də başlayacaq imtahanda 28 344 nəfərin iştirakı nəzərdə tutulur. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar