Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkənin sərhədində çəkildiyi iddia edilən qanunsuz köçlə bağlı yayılan videoya münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Akar bəzi şəxslərin bu kimi videoları paylaşmaqla cəmiyyət arasında ajiotaj yaratdığını deyib. “Bir dəfə də olsun əlindəki videonun harada çəkilməsi ilə maraqlan. Türkiyə sərhədi olduğunu zənn edib, bu barədə fikirlər söyləyirsiniz. İnanın altından qalxa bilmərsiniz! Həmin görüntülər Əfqanıstan-İran, …
Read More »İrəvanda ara qarışdı, məzhəb itdi: Yüzlərlə etirazçı Nazirlər Kabinetini…
İrəvanda yüzlərlə etirazçı Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu oğurlamağa cəhddə təqsirləndirilən Qayane Akopyanı məhkəmənin 1 aylıq ilkin həbsdə saxlaması ilə bağlı Ermənistan Nazirlər Kabinetinin binasına doğru gedir. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Etirazçılar prospekti bağlayıblar. Yürüş yerinə çoxlu polis cəlb edilib. Etiraz baş nazir Paşinyanın ailəsinə məxsus qəzetin bir müddət əvvəl Aşot Paşinyanın …
Read More »AK Parti Sinan Oğanla əməkdaşlıq məsələsinə münasibət bildirib: “O, daha yarışda yoxdur”
“Cümhur İttifaqı”nın tarixində indiyədək alver olmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş deyib. O bildirib ki, Türkiyə hakimiyyəti həmişə milli maraqları düşünüb, kimisə hansısa vəzifəyə gətirmək barədə fikirlşəməyib. Hakim partiyanın rəsmisi prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda prezidentliyə keçmiş namizəd Sinan Oğanla mümkün əməkdaşlıq məsələsinə də aydınlıq …
Read More »Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklər
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC və Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək. Boyukmillet.com xəbər verir ki, Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin …
Read More »Nazir: “Təhsildən yayınma halları var”
“Bütün dünyada olduğu kimi Azərbaycanda da təhsildən yayınma halları var”. Sitat.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir: “Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid …
Read More »Qərb diplomatı: İrəvan axır ki, bunu qəbul etdi – Video
Ermənistan və Azərbaycan arasında diplomatiya gücləndikcə və hər iki tərəf bəzi kritik məsələlərdə razılığa gəlməyə yaxın göründükcə, Qarabağıdakı etnik erməni əhalinin taleyi böyük fikir ayrılığı nöqtəsi olaraq davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Avrasiyanet” (Eurasianet) saytında dərc olunan məqalədə bildirilib. Məqalədə Avropa Birliyinin Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-də Brüssel …
Read More »Güneylilər Almaniyada aksiyaya başladı
Almaniyanın paytaxtı Berlində 22 may (1 Xordad) hadisələrinin ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb. Boyukmillet.com xəbər verir ki, “Unter Der Linden” meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar. Onlar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirilər. Bir qədər sonra aksiyada çıxışlar olacaq. Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox …
Read More »Zelenski Mişellə görüşdü
Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın Xirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ş.Mişel Tvitterdə yazıb. “Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”, – o bildirib.
Read More »Abşeronda şəhid Vidadi Zalovun anım mərasimi keçirildi
Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 40 mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak …
Read More »Babacanın yaxın adamı istefa verdi
Türkiyədə DEVA Partiyasının sədr müavini İkram Dinçər vəzifəsindən istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İ.Dinçər istefa qərarının səbəbini Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turundan sonra açıqlayacağını bildirib. Bununla yanaşı, Dinçərin Tvitter profilinə “23-cü dönəm AKP millət vəkili” ifadəsini əlavə etməsi də diqqət çəkib. Qeyd edək ki, DEVA Partiyasının sədri Əli Babacandır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar