Çərşənbə , 8 Aprel 2026

autor

Ermənistan XİN: “Təhlükəsizlik Şurası KTMT-dən çıxmaq imkanını müzakirə edib”

“Ermənistanın Təhlükəsizlik Şurası 2022-ci ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağın mümkünlüyünü müzakirə edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müzakirələrin nəticəsi olaraq təşkilata üzvlüyün davam etdirilməsi barədə qərar qəbul edilib.

Read More »

Türkiyəli baş məşqçinin AVF ilə müqaviləsinin müddəti bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin müqavilə müddəti bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu barədə türkiyəli mütəxəssisin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov məlumat verib. Federasiya rəsmisi bildirib ki, 42 yaşlı məşqçi ilə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub: “Milli komanda Avropa çempionatında çıxış edəcəyi üçün müqavilə üç …

Read More »

Milli Məclisdə Tacikistan Prezidentinin Heydər Əliyevlə bağlı ürək sözləri səsləndirilib

“Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dahi oğludur. O, bütün həyatını öz xalqına, Azərbaycanın dünya arenasında nüfuzunun güclənməsinə həsr edib. Onun yorulmaz səylərinin bəhrəsini müasir Azərbaycanın simasında görürük”. Boyukmillet.com xəbər verir ki, bunu Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda həmin ölkənin …

Read More »

BMTM sədri: “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında institutlaşma prosesinə başlanılıb”

BMTM sədri: “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında institutlaşma prosesinə başlanılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra vacib təşəbbüslərlə çıxış edib”, – BMTM rəhbəri vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir: “Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə bir sıra vacib addımlar atılıb. Azərbaycanın …

Read More »

Ərdoğanın sözçüsü: “Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”

“Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “A Haber”ə müsahibəsində deyib. Onun sözlərinə görə, “Cumhur İttifaqı” ilə “Millət İttifaqı”nın səsləri arasında ciddi fərq var. İ.Kalın “Cumhur İttifaqı”nın bütün tərəfdarlarını səsvermə prosesində iştirak etməyə və səslərinə sahib çıxmağa çağırıb. Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən …

Read More »

Rəşid El-Alami: “Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir”

“Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir” Boyukmillet.com xəbər verir ki, bunu Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid El-Alami Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda çıxışı zamanı deyib. “Şübhəsiz ki, Azərbaycanın uzun illərdir qoruyub saxladığı uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyəti dövründə Azərbaycan …

Read More »

İranda nazirlərin deputatlara rüşvət verdiyini iddia edən şəxsə cinayət işi açılıb

İranda nazirlərin deputatlara rüşvət verdiyini iddia etmiş millət vəkili Əhməd Əlirzabeygi barəsində ittiham irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, məlumatı İranın Ədliyyə Nazirliyi yayıb. Bildirilib ki, Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini İran parlamentində təmsil edən Əhməd Əlirzabeygi “əsassız iddialar”da ittiham edilir. İran parlamenti İntizam komissiyasının prokurorluğa təqdim etdiyi hesabatına görə, Əhməd Əlirzabeyginin qaldırdığı iddia ilə bağlı heç bir …

Read More »

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Boyukmillet.com xəbər verir ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir. Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas …

Read More »

Milli Assambleyanın sədri: “CAR Azərbaycanla turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir”

“Cənubi Afrika Respublikası Azərbaycanla turizm sektorunda əməkdaşlığı inkişaf etdirmək istəyir”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Cənubi Afrika Respublikasının (CAR) Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula (Nosiviwe Mapisa-Nqakula) deyib. O, ölkələrimiz arasında çox yaxşı münasibətlərin qurulduğunu qeyd edib. “Bu ilin əvvəlində Azərbaycan parlamentinin spikeri qonağımız oldu. CAR-da Azərbaycanın səfirliyi fəaliyyət göstərir, bu isə iki ölkə arasında ticarətin inkişafına töhfə verir”, – …

Read More »

Şahin Bağırov: “Əsas məqsəd voleybolda mükəmməl infrastrukturun qurulmasıdır”

“Əsas məqsədimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov milli komandanın yeni baş məşqçisi Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib. Azərbaycan voleybolunun uğurlarından bəhs edən federasiya rəhbəri bu nailiyyətlərin davamının gətirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanda voleybol kifayət qədər məşhur idman növüdür. Komandalarımız Avropa və dünyada …

Read More »