“Heydər Əliyev müasir Azərbaycanın banisi və xilaskarı olub. Hazırda Heydər Əliyevin dühası nəinki Azərbaycan xalqı üçün, eləcə də bütün türk dünyasında mənəvi oriyentirə çevrilib”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda çıxışı zamanı deyib. “Heydər Əliyev Qazaxıstanda bizim xalqımıza …
Read More »Nazir: “Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktura sərmayə yatırır”
Azərbaycan rəqəmsal fərqi aradan qaldırmaq üçün infrastruktur layihələrinə sərmayə yatırmağa davam edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən GSMA M360 EURASIA 2023 beynəlxalq konfransında deyib. Onun sözlərinə görə, vəziyyəti həll etmək üçün lazımi infrastruktur və kibertəhlükəsizlik təmin edilməli, kadrlar inkişaf etdirilməlidir. “Biz ölkə olaraq bu problemə kifayət qədər ciddi …
Read More »Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçilib
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib. Boyukmillet.com xəbər verir ki, hazırda sessiya davam edir. Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları …
Read More »Milli Məclisin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb
Milli Məclisin xüsusi iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Toplantıda Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali və digər ölkələrin parlament sədri, ümumilikdə …
Read More »Şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb – FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, qar örtüyü əmələ gəlib, Şahdağda 2 sm, Qrızda 1 sm, Lerik, Daşkəsən və Gədəbəy rayonlarının dağlıq ərazilərində qar yağıb. Düşən yağıntının miqdarı Lənkəranda 35.0 mm (aylıq normanın 77%-i), …
Read More »Azərbaycanda bir sıra vergi bəyannamələrinin tərtib olunması qaydaları təsdiqlənib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar bəzi bəyannamə formalarını, həmin bəyannamələrə əlavələrin formalarını və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edilib. Boyukmillet.com quruma istinadən xəbər verir ki, yeni bəyannamə formaları aşağıdakılardır: “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun tərtib edilməsi Qaydası;“Mənfəət vergisinin bəyannaməsinə Əlavə №5”in forması və onun və tərtib edilməsi Qaydası;“Gəlir …
Read More »Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun idarə etdiyi “VAZ-21011” markalı avtomobilə keçirilən baxış zamanı oradan “AKS-74U” markalı avtomat silah, 2 ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb. Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Saatlı …
Read More »Azərbaycanda İran xüsusi xidmət orqanlarının istəyi ilə “Kərimə” dövləti qurmaq istəyən şəxslər həbs edilib
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yayıb. Boyukmillet.com məlumatı təqdim edir “İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə …
Read More »Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa ediliblər
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. Bu barədə Boyukmillet.com Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir. Bildirilib ki, görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən …
Read More »Kiyev atəşə tutulub, raket qalıqları şəhər ərazisinə düşüb
Mayın 16-da gecə Ukraynanın paytaxtı Kiyevin atəşə tutulması nəticəsində şəhərin bir sıra rayonlarına raket qalıqları düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib. Onun sözlərinə görə, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb. “Hava hücumu davam edir, sığınacaqlarda qalın!”, – o yazıb. Eyni zamanda, o əlavə edib ki, hadisədə üç nəfər yaralanıb. Kiyev Şəhər Hərbi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar