Çərşənbə , 8 Aprel 2026

autor

Mədət Quliyev Mişel Turk ilə görüşüb

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Avropa Motosikletçilər İttifaqının keçmiş vitse-prezidenti Mişel Turk ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Lüksemburqdan olan funksioner köhnə qitədə motosiklet idmanının hazırki vəziyyəti və inkişafı haqqında məlumat verib. M.Quliyev isə ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bədən tərbiyəsi və idmanının inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. AVF prezidenti …

Read More »

Sabah Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Sabah ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundunun keçirilməsi planlaşdırılır.

Read More »

Tərtərdə üç nəfərin həlak olduğu minanın partladığı ərazidən görüntülər – FOTO

Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisində üç nəfərin ölümü ilə nəticələnən mina partlayışının baş verdiyi ərazinin görüntüləri yayılıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir. Qeyd edək ki, aprelin 28-də tank əleyhinə minanın partlayışı nəticəsində “RPS Energy Ltd.” şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub. Hadisə nəticəsində həlak olmuş …

Read More »

İlham Əliyev İrəvanda qələbə qazanan türkiyəli idmançıları Qarabağa dəvət edib

“İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib. “Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. …

Read More »

Azərbaycan Prezidenti: “Bayrağımıza qarşı hörmətsizlik olunan zaman türkiyəli idmançılar ədaləti bərpa etdilər”

Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu …

Read More »

Daxili Qoşunların hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər ərazidə xidmətlərini davam etdirirlər.

Read More »

QHT sədri: “Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil”

“Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil”. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, bunu Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Suqovuşanda aprelin 26-da baş vermiş mina insidenti ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. “Sülh müqaviləsi imzalamaq istəyirsənsə, bu qədər günahsız insanı mina qurbanına çevirməyə nə ehtiyac var?! Buradan Ermənistana …

Read More »

Azərbaycan XİN Fransa xarici işlər nazirinə cavab verib

Aprelin 28-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Fransa naziri tərəfindən səslənmiş əsassız iddialar qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransa naziri tərəfindən səsləndirilən əsassız iddialara dair şərhində əksini tapıb. “Azərbaycanı Ermənistanın ərazilərinə …

Read More »

Havanın temperaturu 5-9 dərəcə aşağı düşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 2-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, …

Read More »

Milli Məclisin mayın 2-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 2023-cü il mayın 2-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, gündəliyə 17 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” …

Read More »