Çərşənbə , 8 Aprel 2026

autor

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri …

Read More »

Lerikdə elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

Read More »

Almaniyada inflyasiya fonunda dövlət qulluqçularının maaşı artırılır

Almaniya hakimiyyəti inflyasiya fonunda 2,5 milyondan çox məmurun maaşını artıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Hökumət dövlət sektoru işçilərinin maaşlarının artırılması ilə bağlı həmkarlar ittifaqları ilə görüş keçirib və dövlət qulluqçularının iş şəraitini yaxşılaşdırmağa söz verib. 2023-cü ilin martından adi əmək haqqı 200 avro, ondan sonra isə daha 5,5% artırılacaq. Mart ayında Almaniyada illik inflyasiya 7,4%-ə …

Read More »

Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib

Misirin Sudandakı səfirliyinin əməkdaşı güllə yarası alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. “Misir səfirliyinin bir əməkdaşı güllə yarası alıb və bu, Sudandakı vətəndaşlarımızın və nümayəndəliyimizin üzvlərinin təhlükəsizliyini təmin etmək üçün maksimum diqqət göstərməyin zəruriliyini bir daha təsdiqləyir”, – XİN-in bəyanatında deyilir. Misir səfirliyinin əməkdaşının vəzifəsi və xəsarət dərəcəsi barədə məlumat verilmir. Qeyd …

Read More »

İsveç Sudana 400-ə qədər hərbçi göndərir

İsveç Sudana 400-ə qədər hərbçi göndərir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb. Ölkə parlamenti də səfirlik işçiləri və ailə üzvlərinin təxliyəsinə kömək üçün Sudana qoşun göndərilməsini dəstəkləyib. Bütün partiyalar bu qərara səs verib. Nazirlər Kabineti İsveç və xarici vətəndaşların çıxarılmasına kömək etmək üçün maksimum 400 hərbçi göndərə bilər. Missiya digər dövlətlər və beynəlxalq təşkilatlarla birgə həyata …

Read More »

Bərdədə 30 yaşlı kişi güllələnib

Bərdə şəhərində 30 yaşlı kişi güllələnib. Boyukmillet.com xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədov Ruhi Süleyman oğlu, tanışı, 1993-cü il təvəllüdlü Məmmədov Elşad Əli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. R.Məmmədov mübahisə zamanı özü ilə gətirdiyi ov tüfəngi ilə E.Məmmədova atəş açaraq, ona xəsarətlər yetirib. O, bundan sonra hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı …

Read More »

Ermənistanın qanunsuz seçilmiş eks-prezidentinə qarşı cinayət işi İstintaq Komitəsinə göndərilib

Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı cinayət işi ölkənin İstintaq Komitəsinə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. “Ermənistanın dördüncü prezidenti Armen Sarkisyana qarşı cinayət işi tabelik qaydasında İstintaq Komitəsinə göndərilib”, – Milli Təhlükəsizlik Xidmətindən bildirilib. Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti iş üzrə istintaq hərəkətlərinin aparıldığını xəbər vermişdi. Xatırladaq ki, Ermənistan prezidenti Armen …

Read More »

ABŞ ordusu Amerikanın Sudandakı dövlət qulluqçularını təxliyə edib

ABŞ-nin silahlı qüvvələri Prezident Cozef Baydenin əmri ilə Amerikanın dövlət qulluqçularını Sudan ərazisindən təxliyə edib, ölkədəki səfirliyin fəaliyyəti müvəqqəti dayandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin yazılı bəyanatında deyilib. “Bu gün mənim əmrimlə ABŞ hərbçiləri ABŞ dövlət qulluqçularının Xartumdan təxliyəsi üzrə əməliyyat keçirib”, – dövlət başçısı bildirib. Eyni zamanda, Amerika lideri Sudandakı münaqişə tərəflərini atəşkəsə çağırıb.

Read More »

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

Türkiyədə Anadolu avtomagistralının Kocaeli şəhərindən keçən hissəsində xidməti mikroavtobus qəzaya uğrayıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb. Bildirilib ki, paytaxt Ankara istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb onun yoldan çıxaraq aşması olub. Olay yerinə polis, fövqəladə hallar xidməti, habelə təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, xilasedicilər mikroavtobusda sıxılmış vəziyyətdə qalan …

Read More »

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 133 gündür yüksək fəallıqla davam edir

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 133 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar …

Read More »