Çərşənbə , 8 Aprel 2026

autor

Bakıda evdə çürümüş insan meyiti tapılıb

Bakıda evdə çürümüş insan meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, 1951-ci il təvəllüdlü Yakşamkin Yuriy Petroviçin çürüməyə məruz qalmış meyiti yaşadığı evdə aşkar edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Read More »

AZPROMO sığortaçı seçir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) avtonəqliyyat vasitələrinin könüllü sığorta (KASKO) xidməti üçün kotirovka sorğusu elan edib. Boyukmillet.com xəbər verir ki, kotirovkada iştirak haqqı 100 manat təşkil edir. Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 8-i, saat 10:00-a qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44 ünvanına təqdim edə bilərlər. Təkliflərə mayın 10-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Read More »

Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub

UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Boyukmillet.com xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində bu ada Almaniya “Bayer”indən Adam Qlojek, İtaliya “Yuventus”undan Adrien Rabyo, İspaniya “Sevilya”sından Yussef En-Nesiri və İtaliya “Roma”sından Nemanya Matiç iddia edir. Konfrans Liqasında isə həftənin ən yaxşısı olmağa namizədlər İtaliya “Fiorentina”sından …

Read More »

“PAŞA Holding” Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları çatdıracaq

Daha öncə də bildirildiyi kimi, “PAŞA Holding” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi nəzərdə tutulub. Sözügedən şəhid ailələrinə “Bravo” supermarketlər şəbəkəsi tərəfindən …

Read More »

Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə azaldılıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında ümumilikdə vergi yoxlamalarının sayı 2022-ci ilin yanvar–mart aylarına nisbətən 10 dəfə azaldılıb, səyyar vergi yoxlaması isə təyin edilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilir ki, bu dövrdə bütün vergilərin təxminən 81 %-i könüllü ödənilib. İl ərzində vergilərin könüllü bəyan edilməsində 4,2 dəfə, könüllü ödənilməsində isə 1,5 dəfə artım müşahidə olunub. “Naxçıvan Muxtar Respublikasının …

Read More »

Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 185 mini ötüb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 050 hərbçisi məhv edilib. “Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, son sutka ərzində 630 Rusiya hərbçisi zərərsizləşdirilib. Belə ki, Rusiya ötən gecə İran istehsalı olan “Şahed” PUA-lar vasitəsilə Ukraynanın paytaxtı Kiyevə hücum edib. Ölkə müdafiəçiləri 10 “Şahed”dən 8-ni sıradan çıxarıblar. Məlumatda qeyd edilib ki, bu, …

Read More »

Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 18 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 692,7 milyon manatlıq xidmət göstərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur. Bu xidmətlərin 75,5 %-i əhali sektoruna aid olub. 3 ayda xidmətlərdən əldə edilən gəlirin 37,8 %-i və ya 262,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Read More »

Allahşükür Paşazadə: “Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır”

“Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: “Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”. A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər …

Read More »

Azərbaycanla Rusiya arasında elmi sahədə sazişlər imzalanıb

Azərbaycanla Rusiya arasında elmi sahədə sazişlər imzalanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, cümə axşamı Rusiyanın paytaxtı Moskvada on beşinci Xəzər Enerji Forumu keçirilib, region ölkələrinin nümayəndələri bölgədə enerji təhlükəsizliyi, ekologiya və neft-qaz kompleksinin inkişafı məsələlərini müzakirə ediblər. Tədbirin yekununda bir sıra sazişlər imzalanıb. Foruma Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti ev sahibliyi edib. Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan …

Read More »

Azərbaycan Rusiyaya nota verib

Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi bəyanatları ilə əlaqədar Azərbaycanın Moksvadakı Səfirliyi tərəfindən Rusiya XİN-ə etiraz notası göndərilib. Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirilib. “Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirlərinin qəbuledilməz olduğu vurğulanıb, onların regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist …

Read More »