Aprelin 2-də Monteneqro prezident seçkilərinin ikinci turu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, martın 19-da keçirilən prezident seçkilərinin birinci turunda ölkənin səkkizinci dövlət başçısı müəyyənləşməyib. İkinci turda mübarizə ilk turda seçicilərin 35,3 faizinin səs verdiyi Sosialistlərin Demokrat Partiyasından olan hazırkı Prezident Milo Cukanoviçlə seçicilərin 29,2 faizinin dəstəyini qazanmış “Avropa indi” hərəkatının lideri Yakov Milatoviç arasında gedəcək. M. Cukanoviç qərbyönümlü və avropamərkəzli kursun …
Read More »Meksikada şar səbətində yanğın olub, ölənlər var
Meksikanın Mexiko ştatında şar səbətinin yanması nəticəsində iki nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Teotiuakan arxeoloji sahəsi üzərində baş verib. Olay sonucunda 2 nəfər ölüb, 13 yaşlı qız yaralanıb. Şarı idarə edən şəxsin durumu bəlli deyil, çünki yaxınları onu qəza yerindən aparıblar. Hadisə şahidlərinin sözlərinə görə, ölənlər evli cütlük olub. Yanğından xilas olmağa çalışaraq, böyük hündürlükdən səbətdən tullanıblar. İlkin …
Read More »Xətai rayonunda motosikletçini avtomobil vuraraq xəsarət yetirib
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, 1996-cı il təvəllüdlü İmanov Elçin Fikrət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
Aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri baş tutacaq. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılacaq ki, burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə bilər. Boyukmillet.com xəbər verir ki, xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək. Xüsusi maşın və ya kağız bülletenlərdən istifadə edərək səs vermək …
Read More »KİV: Suriyada İranın daha bir hərbi müşaviri zərərsizləşdirilib
Bir neçə gün öncə İsrail qüvvələrinin Suriyanın paytaxtı Dəməşq ətrafındakı hədəflərə zərbəsi nəticəsində yaralanan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) hərbi müşaviri Miqdad Mehqani ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabrin News” və “Sepah”a bağlı teleqram kanalları məlumat yayıb. Xatırladaq ki, bu, son günlər İranın Suriyada itirdiyi ikinci zabitdir. Daha öncə İsrail qüvvələrinin əməliyyatı sonucunda “Sepah”ın hərbi müşaviri Milad Heydəri …
Read More »Qərbi Azərbaycan İcmasının sədri: Əlimizdə ermənilərin törətdiyi cinayətlərlə bağlı kifayət qədər faktlar, rəsmi sənədlər var
Artıq bizim qarşımızda təkcə sonuncu deportasiya zamanı qovulan insanların hüquqları yox, son 200 ildə tarixi torpaqlarımızdan qovulan soydaşlarımızın hüquqlarının müdafiəsi, bu hüquqları beynəlxalq müstəviyə çıxartmaq məsələsi durur. Qərbi Azərbaycan İcması olaraq biz artıq ilk addımlarımızı atmaqdayıq. Prezidentimiz qarşımızda konkret vəzifələr qoyub. Bu vəzifələrin birincisi Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırlamaq idi. Bu konsepsiya artıq hazırdır. İkinci əsas məsələ Qərbi Azərbaycan həqiqətlərini …
Read More »Aprel döyüşləri Zəfər tariximizin başlanğıcıdır!
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində …
Read More »Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib
Aprelin 1-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhid zabitin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. Mərasimdə Müdafiə Nazirliyinin bir qrup zabiti, Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə …
Read More »Azərbaycanın Mərkəzləşdirilmiş elektron poçt xidmətləri kibercasusluğun hədəfində
Azərbaycanda dövlət qurumlarının istifadəsi üçün yaradılmış Mərkəzləşdirilmiş elektron poçt xidmətinin Rusiyanın “Winter Vivern” adlı kiberqruplaşması olan “Zimbra Colloboration” serverləri ilə əlaqəsi yoxdu. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib. Məlumata görə, “Zimbra”ya rəqib olan “Proofpoint” şirkətinin açıqladığı hesabatda “Zimbra Colloboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsi …
Read More »Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib
Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib. Boyukmillet.com xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib. Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək. 81 kq-dakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib. 73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar