Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub

Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları medalların sayı bəlli olub. Boyukmillet.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib. Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb: “Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate …

Read More »

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Boyukmillet.com xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İstintaq zamanı qeyd olunan idarənin sabiq rəisi Zaur Adilovun Səyyar vergi yoxlamaları şöbəsinin sabiq …

Read More »

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub. Boyukmillet.com xəbər verir ki, Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-ın Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib. O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1550, (İELTS İnternational English Language Testing System) üzrə 8,5 bal toplayıb. Gənc onlar arasından Harvardı seçib və burada …

Read More »

Azərbaycan neftinin qiyməti 1 dollardan çox bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,3 % artaraq 81,88 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 79,77 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …

Read More »

Xankəndi-Laçın yolunda BQXK-nin avtomobilləri maneəsiz hərəkət ediblər 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 13 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 7 minik və 6 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir …

Read More »

Xaçmazda narkokuryer 3 kiloqram narkotiklə yaxalanıb

Xaçmaz dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və tabeçiliyində olan Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadəni saxlayıblar. Həmin şəxsin üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan …

Read More »

Zakir Həsənov ehtimal olunan təxribatların qarşısının alınması barədə göstərişlər verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib. Boyukmillet.com-un məlumatına görə, nazir qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində …

Read More »

Nazir: “Terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin ittihamları qəbuledilməzdir”

“Terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamları qəbuledilməz və cəfəngiyyatdır”. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib. Nazir Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edərək heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorçuluğu və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz …

Read More »

Aprel qaziləri: “Aprel qalibiyyəti Ermənistan ordusunun darmadağınının əsasını qoydu”

“Aprel döyüşləri 44 günlük müharibənin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı”. Bu fikirləri “Report”a müsahibəsində Azərbaycan Ordusunun mayoru Aqşin Qasımov deyib. Onun sözlərinə görə, erməni silahlılarının 2016-cı ilin aprelin 2-də törətdikləri təxribatlar daha genişmiqyaslı oldu: “Bir hərbçi olaraq həmin günü çoxdan gözləyirdim. Çünki hər dəfə xidmətimiz dövründə işğal …

Read More »

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Bu il martın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,1 bənd təşkil edib. Bu barədə Boyukmillet.com Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. Bu göstərici 2023-cü ilin fevralın 1-i ilə müqayisədə 0,08 bənd çox, yanvarın 1-i ilə müqayisədə 0,43 bənd, 2022-ci ilin martın 1-nə nisbətən isə 0,9 bənd azdır. Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son …

Read More »