Cümə axşamı , 9 Aprel 2026

autor

Füzuli, Ağdam, Xocavənd və Tərtərdə 16 min ev tikiləcək

2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. “Baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O …

Read More »

EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 % artacağını proqnozlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə EBRD “Regional İqtisadi Perspektivlər” hesabatında məlumat yayıb. Bank gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,7 % olacağını gözləyir. EBRD Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,6 %, gələn il isə 3,2 % böyüyəcəyini …

Read More »

Paşinyan qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının nümayəndələri ilə qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, iclasda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olunub. “Lakin görüşdə sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycanın son təklifləri də müzakirə edilib. …

Read More »

Azərbaycan könüllüləri Hatayda zəlzələdən zərərçəkənlərə xidmət edib

Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər. Boyukmillet.com-un xəbərinə görə, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində əhaliyə xidmət göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı yüzlərlə zərərçəkmiş şəxsə …

Read More »

Mehriban Əliyevanın tapşırığı ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşüb

Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb. Boyukmillet.com xəbər verir ki, 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılacaq. Qeyd edək ki, ötən …

Read More »

Əhməd İsmayılov: “Media savadlılığının artırılması üçün vacib işlər görülür”

“Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir: “Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün də vacib addımlar …

Read More »

Komitə sədrinin müavini: “Bu il işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı iş başlayacaq”

Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində 2023-cü ildə genişmiqyaslı işlərin həyata keçirilməsinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib. “Bu işlərin icrası üçün müxtəlif qurumların rəyləri ortaya qoyulmalıdır. Ağdamda bir çox layihələrin icrası artıq başlayıb, 2023-cü ildə daha böyük layihələr Ağdamdan başlayaraq bütün bölgələrdə …

Read More »

Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin balansına keçən bəzi institutlarının loqoları hələ də yenilənməyib. Boyukmillet.com xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. O, nazirliyin kommunikasiya əməkdaşlarının elmi müəssisələrlə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, nazirliyin tabeliyinə keçən bəzi institutların sosial şəbəkələrində hələ də AMEA-nın loqosu …

Read More »

Naxçıvanın Ombudsmanı hərbi qulluqçularla görüşüb

Naxçıvanın Ombudsmanı hərbi qulluqçularla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ombudsman Günay Rzayeva tərəfindən preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan N saylı hərbi hissəyə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı Ombudsman tərəfindən müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya, ərzaq …

Read More »