Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır. “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığında bildirilib. Diplomatlar Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarını müzakirə ediblər. “Rusiya, Azərbaycan və Ermənistan …
Read More »SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə təlim proqramına start verilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkil etdiyi “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı çərçivəsində SOCAR-da tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olub. Daha …
Read More »Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Lənkəran-Boradigah magistralında, rayonun Ṣaqlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Zövlə kənd sakini İdrak Şəfiyev idarə etdiyi 42-CE-908 dövlət qeydiyyat nişanlı “VAZ-2199” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1961-ci il təvəllüdlü Əbülfət Mürvət oğlu Baxşıyevin idarə etdiyi 99-MK-642 dövlət qeydiyyat nömrə nişanlı “VİTA” markalı …
Read More »ABŞ dövlət katibi İsrail hökuməti ilə İran-Rusiya hərbi əməkdaşlığını müzakirə edib
ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə Rusiya və İran arasındakı hərbi-texniki əməkdaşlığı, eləcə də Ukraynaya dəstək verilməsi məsələsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, dövlət katibi rəsmi səfərdə olduğu Yerusəlimdə keçirdiyi mətbuat konfransında təmasları barədə danışıb. Onun sözlərinə görə, tərəflər İranın sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. E.Blinken qeyd …
Read More »Azərbaycan çempionatının oyunundan sonra azarkeş bıçaqlanıb
Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş “Səbail” – “Kəpəz” oyunundan sonra azarkeş bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, hadisə final fitindən sonra matçın oynanıldığı “ASCO Arena”nın yaxınlığında baş verib. Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman “Səbail”in tərəfdarlarından biri bıçaqla “Kəpəz” fanatına xəsartə yetirib. Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 …
Read More »Prezident terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi barədə fərman imzalayıb
ezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli qanunun tətbiqi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən Qanunun 14.12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; Qanunun 14.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti …
Read More »Azərbaycanda 79 dərman vasitəsinin qiymətləri təsdiqlənib
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında 79 dərman vasitəsinin qiymətləri təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, yeni dövlət qeydiyyatına alınmış 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin …
Read More »Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib
Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi – 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sonra hər iki ölkənin tank diviziyası və mexanikləşdirilmiş piyada diviziyasının iştirakı ilə hücum tapşırığı yerinə yetirilib. Məlumata görə, təlimlər zamanı müxtəlif …
Read More »Türkiyənin və Gürcüstanın baş konsulları şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi Gəncə şəhərindəki ata evində davam etdirilir. Boyukmillet.com xəbər verir ki, mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmilər şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı veriblər. Törədilən …
Read More »Macarıstan Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib
Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna üzrə danışıqlara vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinin tərəfdarıdır. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. “Türkiyənin danışıqlarda vasitəçilik təcrübəsi bu günə qədər yeganə uğurlu təcrübədir. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlunun səyləri sayəsində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar