Siyəzən rayonundan olan şəhid qardaşı Şirinov Tərlan Fərhad oğlu ilə, həmin rayonun sakini keçmiş hərbçi zabit Tağıyev Tural arasında yaşanan qalmaqal uzun müddətdir ki, öz həllini tapmır. Qeyd edək ki, Tağıyev Tural ordudan tərxis olunandan sonra Siyəzən rayon Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi kimi fəaliyyətini davam etdirib. Şirinov Tərlan iddia edir ki, o, xəstəxanaya müraciət edən zamam yaranan mübahisə …
Read More »Bakı Tikiş Evi məktəb direktorlarını ittiham edib: “Niyə onlar barədə ölçü götürülmür?”
Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır. “Report”un xəbərinə görə, 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub. Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, ona görə də formaları tikib çatdırmaq mümkün …
Read More »Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başlayıb
Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib. Boyukmillet.com xəbər verir ki, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.
Read More »Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib: “Kimsənin maşası olmayın”
“Hər kəs ağlını başına yığsın”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bu, xüsusilə Yunanıstana aiddir, kimsənin maşası olmayın və təhrik etməyin. Çünki Türkiyənin dostluğu qədim olduğu kimi, mübarizəsi də əhəmiyyətlidir”, – o bildirib.
Read More »AZAL-da yeni təyinat olub
“Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifə Nərmin Xəlilovaya həvalə edilib. Azərbaycanın KİV-ində böyük təcrübəyə malikdir, uzun müddət televiziyada çalışıb. Xatırladaq ki, İctimaiyyətlə əlaqələr xidmətinə Paşa Kəsəmənski rəhbərlik edir.
Read More »Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
Baş Prokurorluq jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb. “Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi …
Read More »Melikov: “Dağıstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurulub”
“Dağıstan hökuməti “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı üçün Xəzər hövzəsi ölkələri ilə əlaqələr qurmaq niyyətindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində regionun rəhbəri Sergey Melikov deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda regionu təmsil edən nümayəndə heyətinin Azərbaycana və İrana səfəri planlaşdırılır. “Hazırda Xəzər hövzəsinin bütün ölkələrini tərəfdaş kimi nəzərdən keçiririk. İlk növbədə nəqliyyat-logistika dəhlizinin inkişafı çərçivəsində …
Read More »Ərdoğanın Putin və Baydenlə görüşünün gündəliyi açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin və ABŞ lideri Cozef Baydenlə ikitərəfli görüşlərinin gündəliklərinin bəzi detalları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “CNN Turk” yayıb. Bildirilib ki, Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş keçirəcək. Görüşdə müzakirə olunacaq başlıca məsələ Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir. Rəcəb …
Read More »Zelenski Putinlə danışıq ehtimalını qiymətləndirib
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb. “Bu gün, yox. Mən onların (Rusiya – red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır – o (Putin – red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir – ultimatum səsləndirənlərə danışmayacam”, – Ukrayna Prezidenti Putinlə danışıqlarla bağlı sualı cavablandırıb. O, həmçinin …
Read More »ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsinə 2 milyon dollar ayırıb
ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün 2 milyon dollar ayırır. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir. “Regional sülh və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş vermiş intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar