Bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi şərəfinə “Bakı Metropoliteni” QSC-də onun mahnıları səsləndirilir. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metrosunda xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif …
Read More »Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb
Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb. Bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib. O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb. E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır: “Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il …
Read More »Bakıda 16 yaşlı qız itkin düşüb
Bakıda 16 yaşlı qız itkin düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonun İsfahani küçəsi döngə 3, ev 3-də yaşayan 2006-ci il təvəllüdlü Nağıyeva Nəzrin Vüsal qızı avqustun 14-də yaşadığı evdən çıxaraq itkin düşüb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır.
Read More »Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Xəzər dənizində batan şəxsin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, dənizdə (“Nardaran-2” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Read More »Ötən gün yol qəzalarında 3 nəfər ölüb
Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, avqustun 16-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Read More »Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, ötən il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 …
Read More »Diaspor üzvlərinin Şuşaya altıncı səfəri başlayıb
Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 18 ölkədən 98 diaspor nümayəndəsi iştirak edir. Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, …
Read More »Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub. Xatırladaq ki, “4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.
Read More »“Azərbaycan möcüzələri” – BBC-dən ölkəmizin tarixi, mədəniyyəti barədə veriliş
Məşhur BBC telekanalı Azərbaycan tarixinə, mədəniyyətinə aid xüsusi veriliş hazırlayıb. Boyukmillet.com xəbər verir ki, tarixçi Bettani Hyuzun müəllifliyi ilə avqustun 20-də efirə gedəcək “İpək yolu, Azərbaycanın möcüzələri” xüsusi proqramda ölkəmizin qədim tarixi, mədəniyyətinə dair maraqlı faktlar işıqlandırılacaq. “Azərbaycanın səhraya bənzəyən Qobustan düzənliyində tarixçi Bettani Hyuz 40 000 illik qeyri-adi qayaüstü rəsmləri aşkar edir və bu, izdihamlı bir küçənin şahidi olur. …
Read More »Azərbaycanın İslamiadadakı medallarının sayı 72-yə çatıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib. Boyukmillet.com xəbər verir ki, medallardan 22-si qızıl, 28-i gümüş, 22-si bürünc əyarlıdır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar