Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon (altı milyon …
Read More »Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib Boyukmillet.com-un məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib ki, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar Qurban bayramında qidalanma zamanı bəzi vacib məqamlara diqqət etməlidirlər. O bildirib ki, bayram günlərində qızardılmış ət və ət məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da kəskinləşməsinə şərait yarada bilər: “Mədəaltı vəz və öd daşı xəstəliklərindən …
Read More »Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSx-nin Mətbuat Mərkəzindən bildirilib ki, iyul ayının 1-də saat 17:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar …
Read More »MN: “Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır”
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır”, – nazirlikdən qeyd olunub.
Read More »Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatına yollanıb
Yeniyetmələrdən ibarət stolüstü tennis üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, komanda bu gün yarışın keçiriləcəyi şəhərə yola düşüb. Turnirdə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə çıxış edəcək. Sabah başlanacaq birincilikdə oğlanlardan ibarət komanda E qrupunda Avstriya …
Read More »Xəzərdə suyun səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər açıqlanıb
Xəzər dənizində suyun səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən tədbirdə AMEA-nın akademiki Fəxrəddin Qədirov bildirib ki, iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansın komponentləri sırasında Xəzərə tökülən çay axımları, dəniz səthinə düşən yağıntılar, Xəzərin səthindən buxarlanma, Xəzərə axan yeraltı sular və …
Read More »Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
Ötən gün avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Read More »Vitse-prezident: “Xəzərdə suyun səviyyəsinin enməsi SOCAR-ın istehsalat sahələrinin normal rejimdə istismarına mane olur”
“İqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə də Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur və bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir”. Boyukmillet.com xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, səviyyə tərəddüdlərinin …
Read More »Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb
Türkiyənin Kırıkkale bölgəsində sərnişin avtobusu aşıb. Boyukmillet.com “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb. Bildirilib ki, həlak olanlardan biri uşaqdır. Hadisə yerinə yanğınsöndürənlər və səhiyyə əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıblar.
Read More »Kiyev vilayətində 26 min bina dağılıb
“Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın Kiyev vilayətində 26 min bina dağılıb və ya zərər dəyib”. Boyukmillet.com “RBK Ukraine”yə istinadən xəbər verir ki, bunu Kiyev vilayəti hərbi administrasiyasının başçısı Aleksey Kuleba bildirib. Onun sözlərinə görə, 12,5 min fərdi yaşayış binasına qismən ziyan dəyib, təxminən 5 min ev tamamilə dağılıb. Eyni zamanda, 975 çoxmərtəbəli binaya qismən zərər dəyib, 170 belə bina isə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar