İsrail tərəfi Qəzza zolağında atəşkəs danışıqlarının davam etdirilməsi ilə bağlı HƏMAS-ın cavabını üçüncü tərəflərin vasitəçiliyi ilə alıb. Boyukmillet.com “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. “İsrail HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı təklif olunan sazişə yekun cavabı alıb. Hazırda bu cavab diqqətlə öyrənilir”, – məlumatda bildirilib.
Read More »Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılıb
Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, saat 11:00-dən etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub. Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Nəzərinizə çatdırırıq ki, internetə …
Read More »Neftçalada kişi arvadını evdə, qayınatasını isə parkda bıçaqlayıb
Neftçalada kişi arvadını və qayınatasını bıçaqlayıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona xəsarətlər yetirib. Faktla bağlı araşdırma aparılır.
Read More »Ermənistana təbii qaz təchizatı dayandırılacaq
Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Boyukmillet.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Qazprom Armenia”nın məlumatında bildirilib. “Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit magistral qaz kəmərinin “Qazax-Saquramo” (DN 1000) hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq”, – məlumatda qeyd olunub. …
Read More »Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir
Çinin “Pop Mart” şirkəti ABŞ-nin “7-Eleven” mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şanxayın “Jiemian” nəşrinə “Pop Mart”ın nümayəndələri bildirib. İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda “7-Eleven” mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub. Orijinal “Pop Mart” oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin “7-Eleven”də oyuncaqlar və qablaşdırma …
Read More »İndoneziya sahillərində 6,3 maqnitudada zəlzələ baş verib
İndoneziya sahillərində 6,3 maqnitudada zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 289 km şimal-şərqdə, zəlzələnin ocağı 145 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.
Read More »“Amnesty International” Mətbuat günü ərəfəsində Azərbaycana tələblər irəli sürüb
“Amnesty International” insan haqları üzrə beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda 22 iyul – Milli Mətbuat günü ilə əlaqədar “Azərbaycan: Redaksiyadan məhbəsə. Müstəqil Jurnalistlərin Təqibi” adlı hesabat dərc edib. Hesabatda bildirilir ki, son illərdə Azərbaycanda onlarla jurnalist saxta ittihamlarla həbs edilib, ədalətsiz məhkəmə prosesləri, işgəncələr barədə məlumatlar artmaqdadır və bu da beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olub: “Son bir il ərzində hökumətin sərt repressiv …
Read More »Abşeron və Xırdalanda kənd təsərrüfatı təyinatlı torpaqlardakı evlərin rəsmiləşdirilməsi məhdudlaşdırılır
Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir. Boyukmillet.com xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd …
Read More »Türkiyə və Britaniya qırıcıların tədarükü haqqında memorandum imzalayıb
Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri Yaşar Güler və Con Hili “Eurofighter Typhoon” qırıcılarının Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi haqqında Anlaşma Memorandumu imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının məlumatında deyilir. Bu sənəd ölkələr arasındakı münasibətləri rəsmi olaraq təsbit edir və onları tədarükə dair hərtərəfli saziş bağlamağa yaxınlaşdırır. “Türkiyənin “Typhoon” operatoru kimi tanınması NATO-nun əsas …
Read More »Suriya rəsmən Türkiyədən hərbi dəstək istəyib
Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib. Boyukmillet.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Suriya administrasiyası Türkiyəyə müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatları, xüsusilə İŞİD ilə mübarizə aparmaq məqsədilə rəsmi dəstək sorğusu ilə müraciət edib” – nazirlikdən bildiriblər. Bəyanata əsasən, Türkiyənin prioritet məqsədi Suriyanın siyasi birliyini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar