“ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən son görüşləri alqışlayır”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviterdə yazıb. “Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, – o qeyd edib.
Read More »Kamran Əliyev iki rayona yeni prokuror təyin edib
Zəngilan rayonuna yeni prokuror təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib. K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib. Baş Prokurorluğun Mətbuat …
Read More »Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün Azərbaycanda müdafiə sənayesi işçilərinin peşə bayramı qeyd olunur. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Read More »Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə …
Read More »Azərbaycan Ordusunun korpus komandanı ehtiyata buraxılıb
Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusnun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub. General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb. Qeyd edək ki, M.Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib. M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi …
Read More »Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi …
Read More »Ərdoğan Afrika İttifaqına üzv dövlətlərin lideləri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Türkiyə-Afrika Ortaqlıq Zirvəsi çərçivəsində afrikalı həmkarları ilə ikitərəfli görüş keçirəcək. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının rəsmi saytı yayıb. Məlumata görə, Nigeriya Prezidenti Məhəmməd Buxari, Somali Prezidenti Məhəmməd Farmajo, Liviya Prezidentlik Şurasının sədri Məhəmməd Əl-Menfi, Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanje Tuader, Mavritaniya Prezidenti Məhəmməd Ulda Şeyx Qazuani, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, …
Read More »Azad edilən ərazilərdə çalışacaq müəllimlərə güzəşt ediləcəkmi?
“Azad edilən ərazilərdə çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı hazırda müzakirə yoxdur. Çünki həmin ərazilərdə hələ minatəmizləmə işləri davam edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb: “Təbii ki, ümumilikdə bir çox məktəblərdən söhbət gedir. Yəqin ki, orada çalışacaq müəllimlərin gedişi …
Read More »Əflatun Amaşov: “Bəzən ən müxtəlif peşə sahiblərinin cibindən jurnalist vəsiqəsi çıxır”
“Mətbuat Şurasında hər zaman mətbuatın saflaşdırılması ilə bağlı mübarizə aparmışıq. Ancaq yenə də kiminsə qəzetini qoltuğuna vurub hansısa bir dövlət qurumuna getdiyini görürük. Burada məqsəd başqa şeydir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun …
Read More »“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib
“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib. Boyukmillet.com xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib. O bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil: “Bunu media özü bilər. İstər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar