Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub. Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir. “Qarabağ”ın İsraildə”Aşdod”u 1:0 hesabı ilə yenməsi ölkənin aktivinə daha 0,250 xal qazandırıb. Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə “Neftçi” …
Read More »Türkiyənin Bodrum şəhərində meşə yanğını söndürülüb
Türkiyənin Egey regonunun Bodrum kurort şəhəri ərazisində baş vermiş meşə yanğını söndürülüb. Təxliyə edilən bütün turistlər öz mehmanxanalarına qayıdıblar. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Əhməd Aras bildirib. “İndi Bodrumda yanğınlar yoxdur, yanğınların hamısı söndürülüb, mehmanxanalarla bağlı heç bir problem yoxdur. Amma bizim çox gözəl meşəmizin böyük ərazisi yandı”, – o deyib. Aras həmçinin əlavə …
Read More »Ermənistan Rusiya və KTMT-ni təxribata çəkir – ŞƏRH
Ermənistanın alayarımçıq ordusunun Azərbaycanla dövlət sərhədində təxribatı davam edir. Rəsmi İrəvan bu vəziyyətdən istifadə edərək yeni hiylələrə əl atır. İyulun 29-da Ermənistan hökumətinin iclasında Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşmir”. O, Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif edib. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov …
Read More »Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir
ABŞ Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar üzrə qanun layihəsi çərçivəsində qəbul olunmuş ermənipərəst Konqres üzvü Frənk Pəllonun düzəlişi, Azərbaycan-Amerika tərəfdaşlığına xələl gətirmək və ABŞ-ın təhlükəsizlik layihələrinə mane olmaq istəyən ermənipərəst qrupların artıq bir neçə ildir ki, müşahidə etdiyimiz yanaşmasını əks etdirir. Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar qanunvericiliyi çərçivəsində qəbul edilmiş düzəlişlə bağlı “Report”un sualını cavablandırarkən …
Read More »Naxçıvan Qarnizonu Qoşunlarında taqım, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taqım komandirləri, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Yeni tədris dövrünə hazırlıq planına uyğun olaraq keçirilən toplantılarda əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib. Zabitlər müxtəlif ixtisaslar, o cümlədən taktiki-xüsusi və rabitə hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə iştirak ediblər. …
Read More »Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib
Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib”, – prezident qeyd edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə yanğınla …
Read More »Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar. Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. C.Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində …
Read More »Vətən müharibəsi qazisi Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib – RƏSMİ
Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında dünyasını dəyişib. Bu barədə “Report”a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib. Bildirilib ki, mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün müvafiq prosedurlar həyata keçirilir. Qeyd edək ki, baş leytenant Cahangirli Habil Həzər oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin …
Read More »Türkiyə kəşfiyyatı qırmızı bülletenlə axtarılan PKK-çını tutub
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, əməliyyat nəticəsində qırmızı bülletenlə axtarılan “Piro Karker” kod adlı PKK-çı Cimşit Dəmir yaxalanıb. Qeyd edək ki, araşdırma nəticəsində adıçəkilən terrorçunun Avropaya qaçmağa hazırlaşdığı da məlum olub.
Read More »Şəhid ailələri və qazilərlə bağlı Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərində göstəriləcək xidmətlər üzrə pasportlar (reqlamentlər) hazırlanıb. Boyukmillet.com xəbər verir ki, nazirlikdən “Report”a verilən məlumata görə, bunu vahid əlaqələndirmə mərkəzlərində xidmətlər göstərəcək dövlət orqanları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar