Tovzu şəhidləri – general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, ziyarət mərasimində şəhidlərin ailə üzvləri, şəhidlərin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin məzarı üstünə güllər düzülüb, dualar oxunub.
Read More »Sabah Bakıda yağış yağacaq
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer …
Read More »Azərbaycan Prezidenti: “Ermənistanda müharibədə ölənlərin ailələrinin birinə də bir mənzil verməyiblər”
Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində söyləyib. “Vətən uğrunda öz canlarını fəda etmiş …
Read More »Metro və avtobuslar bayram günlərində işləməyəcək
Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə …
Read More »İyulun 17-də ictimai nəqliyyat işləyəcək – RƏSMİ
Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib. Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən iyulun 17-də ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilib. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci …
Read More »TƏBİB rəsmisindən “Delta” variantı ilə bağlı açıqlama
Son vaxtlar bütün dünyada koronavirusun Hindistan, yaxud “Delta” variantı sürətlə yayılmağa davam edir. Bu da dünyada ciddi narahatlıq doğurur. Azərbaycanda epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Ötən gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin …
Read More »“Taliban”: “Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik”
“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır. Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. “Taliban” qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.
Read More »Azərbaycan nefti yenidən bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,7 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) …
Read More »Rüstəm Orucov: “Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”
“Bu, mənim üçün şərəfli missiyadır. Bayraqdar seçildiyimi eşidəndə çox sevindim, mənə xüsusi motivasiya gəldi. Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanacaq komandanın bayraqdarı seçilməsi barədə danışarkən deyib. 73 kq-da mübarizə aparan idmançı olimpiadadakı hədəfini açıqlayıb: “2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında da bizə demişdilər …
Read More »Prokurorluqdan Şəmkirdəki qətllə bağlı açıqlama
İyulun 14-də rayonun Şiştəpə kənd sakini Sədaqət İbadullayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni İntizam Hüseynovun aralarında yaranmış mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası Sədaqət İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə və arvadı Mahizər Hüseynovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar